4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: Sertifikatlı rəy niyə tanınmır?

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı regionlarda qiymət fərqləri və rəyin tanınmaması halları müzakirə mövzusuna çevrilib.

27 Fevral 2026 09:07
Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: Sertifikatlı rəy niyə tanınmır?
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı regionlarda qiymət fərqləri və rəyin tanınmaması halları müzakirə mövzusuna çevrilib.

VOA xəbər verir ki, mövcud qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilir. Torpaq sahələrinin satışa çıxarılması və ya vətəndaşlar tərəfindən sənədləşdirilməsi zamanı müstəqil qiymətləndiricilər tərəfindən rəsmi rəy hazırlanır.

Lakin bəzi hallarda regionlarda bələdiyyələrin sifarişi ilə müəyyən edilmiş qiymətlər sonradan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir. Bu isə torpaqların rəsmiləşdirilməsi prosesində əlavə çətinliklər yaradır.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, qanunvericiliyə görə sertifikatlı qiymətləndiricilərin rəyi hüquqi qüvvəyə malikdir və inzibati qaydada qiymətin dəyişdirilməsi düzgün yanaşma hesab edilə bilməz.

Onun sözlərinə görə, qiymətlərin süni şəkildə artırılması vətəndaşların torpaqlarını rəsmiləşdirməyə marağını azaldır. “Əgər vətəndaş illərlə istifadə etdiyi torpaq sahəsini sənədləşdirmək istəyirsə və bazar qiyməti 500 manat müəyyən olunursa, lakin ondan üç dəfə artıq məbləğ tələb edilirsə, bu, həm sosial narazılıq yaradır, həm də prosesin ləngiməsinə səbəb olur”, – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, bu yanaşma dövlət büdcəsinə daxilolmaların azalmasına da təsir göstərə bilər. Çünki yüksək məbləğlər səbəbindən vətəndaşlar torpaqlarını rəsmiləşdirməkdən çəkinir və nəticədə sənədsiz torpaq problemi daha da dərinləşir.

Qeyd olunub ki, bu sahədə şəffaflığın və normativ aktların birmənalı tətbiqinin təmin edilməsi həm vətəndaş hüquqlarının qorunması, həm də torpaq bazarında sabitliyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə: #Əmlak Məsələləri Dövlət Xidməti #bələdiyyə torpaqları #qiymətləndirilmə #sertifikatlı qiymətləndirici #torpaq bazarı #Bələdiyyə torpaqlarının qiymətləndirilməsində hüquqi ziddiyyət #Sertifikatlı qiymətləndirici rəyinin tanınmaması #Regionlarda torpaq qiymət fərqləri problemi

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.