7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Paytaxt sakinləri üçün 28 fevral – 1 mart tarixlərində şəhərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

27 Fevral 2026 17:36
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Paytaxt sakinləri üçün 28 fevral – 1 mart tarixlərində şəhərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

VOA xəbər verir ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada 24 regiondan 51 fermer iştirak edəcək. Ümumilikdə 145-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı həyata keçiriləcək.

Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı olan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsullardan analiz etdirə biləcəklər.

Yarmarka iki gün ərzində saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında – “Gənclik” metro stansiyasının yaxınlığında təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin edilir.

Məqalədə: #Bakıda Kənddən Şəhərə yarmarkası təşkil olunur #Paytaxtda fermer məhsullarının satışı keçiriləcək #24 regiondan 51 fermer Bakıda yarmarkaya qatılacaq #Gənclik yaxınlığında kənd məhsulları yarmarkası #Yarmarkada 145 çeşiddə məhsul satışa çıxarılacaq #Məhsulların keyfiyyətinə rəsmi nəzarət ediləcək #Bakü’de Köyden Şehre hafta sonu pazarı #Çiftçiler ürünlerini başkentte satışa sunacak #24 bölgeden 51 üretici Bakü’de buluşuyor #Gənclik metro yakınında tarım pazarı #145 çeşit ürün tüketicilerle buluşacak #Ürün kalitesi resmi denetim altında olacak

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
Cəmiyyət

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev

11:00
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.