5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçirilən II Qadın Liderləri Zirvəsi fərqli sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək uğurla yekunlaşıb.

7 Mart 2026 13:55
Baku
II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb

Bakı. VOA:

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçirilən II Qadın Liderləri Zirvəsi fərqli sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək uğurla yekunlaşıb.

VOA xəbər verir ki, Tədbir “ABB Bank”ın bank sponsorluğu, “Başkent” və “Insure.az”ın sponsorluğu, “Markup Agency” və “Moon Group”un dəstəyi ilə keçirilib.

Həmçinin, tədbirin bədii hissə üzrə tərəfdaşı Azərbaycan Mədəniyyəti Sosial Şəbəkə Platforması, əyləncə hissəsinin tərəfdaşı isə “Bizon” şirkətidir.

Tədbirin açılışında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və ABB-nin baş direktoru Aynur Süleymanlı açılış nitqləri ilə iştirakçıları salamlayaraq zirvənin qadın liderliyinin inkişafı və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar. Daha sonra BigChefs brendinin təsisçisi Gamze Cizreli keynote çıxışı ilə iştirakçılar qarşısında çıxış edərək liderlik, sahibkarlıq və şəxsi inkişaf mövzularında beynəlxalq təcrübəyə əsaslanan fikirlərini bölüşüb və auditoriyaya ilham verən mesajlar verib.

Zirvə bir gün ərzində baş tutub və üç əsas panel üzrə davam edib. Davos formatında keçirilən panellər çərçivəsində “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər və maneələr” və “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzuları geniş şəkildə müzakirə olunub. Bu panellər qadınların liderlik yolculuğunun başlanğıc mərhələsindən zirvədə qalma strategiyalarına qədər olan əsas mərhələləri əhatə edib.

“Zirvəyə gedən yol” panelində “Əli və Nino” kitab şəbəkəsinin təsisçisi Nigar Köçərli, aparıcı Leyla Quliyeva, kamandan oxatma üzrə Azərbaycan milli yığmasının üzvü Yaylagül Ramazanova, Pasha Real Estate şirkətinin Qrup Risk və Komplayens direktoru İlahə Qazıyeva və 92.5 Dalğa FM radiosunun direktoru, BDU-nun müəllimi Ayşən Aslan-Məmmədli çıxış ediblər. Panelə startap layihələrinin qurucusu Türkan Fərzəliyeva moderatorluq edib. Panel zamanı spikerlər şəxsi və peşəkar inkişaf yolunda keçdikləri mərhələləri, qarşılaşdıqları çətinlikləri və onları zirvəyə aparan əsas dönüş nöqtələrini iştirakçılarla bölüşüblər.

“Zirvədəki baryerlər və maneələr” panelində həyat kouçu, təlimçi və alpinist Vəfa Musayeva, Azərbaycan Respublikasının əməkdar artisti, teleaparıcı Dilarə Əliyeva, ABB-nin əməliyyat departamentinin direktoru Nərgiz Aslanova, və Metatesk şirkətinin təsisçisi Günay İmanzadə çıxış ediblər. Panelin moderatoru Baku TV-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri, diplomatik jurnalist Sevinc Gülməmmədova olub. Panel çərçivəsində qadınların peşəkar mühitdə şəxsi brend formalaşdırması, düzgün kommunikasiya və görünürlük strategiyaları ilə seçilməsi, eləcə də rəqəmsal platformalarda etibarlı imic yaratması mövzuları müzakirə olunub.

“Zirvədə davamlılıq və dayanıqlılıq” panelində isə Moonwake Investment şirkətinin CFO-su Nazlı Məmmədova, Leya Couture brendinin təsisçisi Leyli Zalova, MarLab şirkətinin marketinq konsultantı və direktor müavini Şəbnəm Hümbətova, BeeWelly şirkətinin təsisçi və baş icraçı direktoru Talifa İsgəndərli və WoWoman platformasının CEO-su Arzu Ağazamanova çıxış ediblər. Panelin moderatoru Baku Design Academy-nin təsisçisi Aysel Gülməmmədova olub. Spikerlər emosional zəkanın liderlikdə rolu, çətinliklər qarşısında dayanıqlılıq və qadınların daxili gücünü qoruyaraq uğurlu yol qurması mövzularında təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbir iştirakçılar üçün yalnız müzakirə platforması olmaqla kifayətlənməyib, həm də zirvə zamanı keçirilən müsabiqələr zamanı dəyərli hədiyyələr qazanıblar. II Qadın Liderləri Zirvəsi qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.

Növbəti il Qadın Liderləri Zirvəsində görüşənədək!

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA II Qadın Liderləri Zirvəsinin rəsmi media tərəfdaşıdır.

II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb II Qadın Liderləri Zirvəsi uğurla yekunlaşıb
Məqalədə: #Qadın Liderləri Zirvəsi #II Qadın Liderləri Zirvəsi Bakı #II Qadın Liderləri Zirvəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.