8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba 1 saylı Mediasiya Təşkilatı ilə birgə təşkil olunan maarifləndirici görüş keçirilib. 13 mart 2026-cı il tarixində baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş 2026-cı il – “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında mediasiya mədəniyyətinin təbliği, hüquqi maarifləndirmənin artırılması və şəhərsalma sahəsində yaranan mübahisələrin sülh yolu ilə həlli mexanizmləri barədə tələbələrə məlumat verilməsi olub.

13 Mart 2026 17:24
ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib

BAKI, VOA, Orxan Qədirzadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba 1 saylı Mediasiya Təşkilatı ilə birgə təşkil olunan maarifləndirici görüş keçirilib.

VOA Mediasiya Təşkilatına istinadən xəbər verir ki, 13 mart 2026-cı il tarixində baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş 2026-cı il – “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında mediasiya mədəniyyətinin təbliği, hüquqi maarifləndirmənin artırılması və şəhərsalma sahəsində yaranan mübahisələrin sülh yolu ilə həlli mexanizmləri barədə tələbələrə məlumat verilməsi olub.

Tədbir Ulu öndər Heydər Əliyevin və Dövlətimizin müstəqilliyi və suverenliyi uğurunda şəhid olmuş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, Dövlət Himni səsləndirilməklə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan moderator Nəhayət Şirinova görüşün əhəmiyyəti barədə məlumat verərək iştirakçıları salamlayıb.

Daha sonra çıxış edən ADPU-nun Quba Filialının direktor müavini fəlsəfə üzrə doktor – Pərvanə xanım Rzayeva gənclərin hüquqi maarifləndirilməsinin və universitet mühitində belə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə şəhərsalma və memarlıq sahəsinin inkişafı yalnız texniki və infrastruktur məsələləri ilə deyil, eyni zamanda sosial münasibətlər və hüquqi mədəniyyətlə də sıx bağlıdır.

Tədbirdə çıxış edən Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev mediasiya institutunun cəmiyyətdəki rolundan danışıb. O bildirib ki, mübahisələrin sülh yolu ilə həlli cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır və mediasiya bu baxımdan müasir hüquqi mexanizmlərdən biridir.

Hümmət Əliyev çıxışında qeyd edib ki, şəhərsalma və memarlıq sahəsində torpaq münasibətləri, tikinti prosesi, mülkiyyət məsələləri və digər səbəblərlə bağlı müxtəlif mübahisələr yarana bilər. Belə hallarda mediasiya tərəflər arasında dialoq qurmağa və qarşılıqlı razılıq əsasında problemlərin həllinə imkan yaradır.

Quba 1 saylı Mediasiya Təşkilatının mediatoru Təbriz Mirzəbəyov isə çıxışında şəhərsalma və memarlıq sahəsində yaranan mübahisələrin mediasiya yolu ilə həlli imkanları barədə məlumat verib. O vurğulayıb ki, mediasiya mübahisələrin daha qısa müddətdə, daha az xərc və qarşılıqlı anlaşma əsasında həllinə imkan yaradan effektiv mexanizmdir.

Tədbirin davamında tələbələrlə interaktiv müzakirələr aparılıb, mediasiya institutunun hüquqi əsasları və praktik tətbiqi barədə fikir mübadiləsi həyata keçirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və bu cür maarifləndirici görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tədbir iştirakçıları belə görüşlərin gənclərin hüquqi biliklərinin artırılmasına və cəmiyyətdə dialoq mədəniyyətinin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib
Məqalədə: #ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib #Qubada tələbələr üçün Şəhərsalma və Memarlıqda Dialoq Mədəniyyəti mövzusunda tədbir təşkil olunub #ADPU Quba Filialında mediasiya institutuna dair maarifləndirici görüş baş tutub #Qubada gənclər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi #Şəhərsalma mübahisələrinin mediasiya yolu ilə həlli barədə tələbələrə məlumat verildi #ADPU-nun Quba Filialında dialoq mədəniyyətinə həsr olunmuş görüş keçirilib

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.