10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

QHT layihələrinin qalibləri ilə görüş keçirilib

Tədbirdə çıxış edən QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qalibləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Çıxışlar zamanı layihələrin icrası, hesabatlılığın təmin edilməsi və müvafiq qaydalara əməl olunması barədə zəruri tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, seçim mərhələsində hər zaman olduğu kimi, yüksək keyfiyyətli və cəmiyyət üçün faydalı layihələrin dəstəklənməsinə üstünlük verildiyi xüsusi vurğulanıb.

13 Mart 2026 23:00
QHT layihələrinin qalibləri ilə görüş keçirilib

BAKI, VOA, Orxan Qədirzadə

Martın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2026-cı il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş təşkil olunub.

VOA Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qalibləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Çıxışlar zamanı layihələrin icrası, hesabatlılığın təmin edilməsi və müvafiq qaydalara əməl olunması barədə zəruri tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, seçim mərhələsində hər zaman olduğu kimi, yüksək keyfiyyətli və cəmiyyət üçün faydalı layihələrin dəstəklənməsinə üstünlük verildiyi xüsusi vurğulanıb.

Daha sonra tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev göstərdikləri dəstəyə görə Prezident Administrasiyasına, eyni zamanda mina və PHS problemlərinə dair birgə qrant müsabiqəsinin təşkilinə, eləcə də layihələrin ekspertizası və qaliblərin seçim mərhələsində göstərdikləri yüksək peşəkarlığa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.

R.Hacıyev qeyd edib ki, müsabiqəyə gözləniləndən daha çox sayda layihə təklifinin daxil olması artıq sektor üzrə sağlam rəqabət mühitinin formalaşdığını nümayiş etdirir. Bu amil təqdim olunan layihələrin keyfiyyətinin yüksəlməsinə, eləcə də ümumilikdə vətəndaş cəmiyyəti institutlarının inkişafına müsbət təsir göstərir.

Sədr əlavə edib ki, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır və pilot layihənin nəticələri növbəti mərhələlərdə ayrılacaq resursların həcminə də təsir göstərə bilər.
Rəhman Hacıyev xüsusi olaraq vurğulayıb ki, ərazilər minadan tam təmizlənmədən bölgədə dirçəliş və dayanıqlı məskunlaşma mümkün deyil, məhz bu səbəbdən seçilmiş layihələrin uğurlu icrası Fondun bu istiqamətdəki fəaliyyətinə mühüm töhfə verəcəkdir. İdarə Heyətinin sədri qaliblərə gələcək fəaliyyətlərində və layihələrin icrasında uğurlar arzulayıb.

Görüş çərçivəsində QHT nümayəndələrini maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb, təşkilati və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

QHT layihələrinin qalibləri ilə görüş keçirilib QHT layihələrinin qalibləri ilə görüş keçirilib QHT layihələrinin qalibləri ilə görüş keçirilib QHT layihələrinin qalibləri ilə görüş keçirilib QHT layihələrinin qalibləri ilə görüş keçirilib
Məqalədə: #Rəhman Hacıyev qrant müsabiqəsinin qalibləri ilə görüşdə iştirak edib #QHT layihələrinin qalibləri ilə görüş keçirilib #Qarabağ Dirçəliş Fondu qrant müsabiqəsinin qalibləri ilə görüş təşkil edib #QHT layihələri və mina problemləri ilə bağlı görüş keçirilib #QHT-lərə Dövlət Dəstəyi Agentliyi qaliblərlə görüş təşkil edib #Qrant müsabiqəsinin qaliblərinə layihələrin icrası ilə bağlı tövsiyələr verilib

Mövzu üzrə digər xəbərlər

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.