6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Bioqrafiya: Tanınmış simalar
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib

08 may 2026-cı ildə Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı xeyriyyə tədbiri keçirilib.

8 May 2026 10:51
Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib

BAKI. VOA:

08 may 2026-cı ildə Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı xeyriyyə tədbiri keçirilib.

VOA xəbər verir ki, ilk öncə Ümummilli Lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Mərasimdə çıxış edən Səfir Bünyad Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin təməlini yaradıb, çevik manevrlər və taktiki gedişlər ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və prioritetlərini müəyyən edib. Ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alan, o cümlədən dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verən Heydər Əliyev 7-10 mart 1994-cü ildə rəsmi Çin Xalq Respublikasına rəsmi səfər edərək önəmli görüşlər keçirib. Onun təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi təsis edilib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən dövlətinə çevrilib.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ümummilli Lider Heydər Əliyev həmçinin, fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsləri göstərir ki, xeyriyyəçilik yalnız yardım göstərmək deyil, həm də ümid yaratmaq, insanlara inam aşılamaqdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr minlərlə insanın həyatına toxunur, onları daha sağlam, daha savadlı və daha güvənli gələcəyə aparır. Bu xüsusda, Heydər Əliyev Fondunun uşaqlara və xəstələrə yönəlmiş layihələri sadəcə dəstək deyil, bu həm də insanlara verilən ümiddir, həyata açılan yeni qapıdır. Heydər Əliyev Fondunun fəaliyyəti yalnız milli sərhədlər ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə həyata keçirilən humanitar layihələr Azərbaycanın dünyada humanizm və həmrəylik dəyərlərinin daşıyıcısı kimi təqdim edir. Bütün bu fəaliyyətlər onu göstərir ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən xeyriyyə təşəbbüsləri sadəcə layihələr toplusu deyil, bu insanlara xidmət edən və gələcəyə istiqamətlənmiş qlobal həmrəylik modeli olan bir missiyadır.

Daha sonra səfirliyin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına dəstək verən "Pekin Uşaq Rifah İnstitutu"nu ziyarət ediblər. "Pekin Uşaq Rifah İnstitutu"nun rəhbəri Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bildirib ki, mərhəmət dolu belə təşəbbüsə görə Heydər Əliyev Fonduna və Azərbaycan xalqına minnətdarıq. Mərhəmət sərhəd tanımır, dağları və çayları aşaraq buradakı uşaqlar üçün Azərbaycandan istilik gətirməyiniz insanda söz ilə ifadə olunmayan hisslər yaradır. Heydər Əliyev kimi dahi şəxsiyyətin adına göstərilən mehribanlıq müəssisəmizin sakinlərini sevindirir və onların özünə inam hissini artırır.

Sonda müəssisədə müalicə alan uşaqların məşğulluğu üçün xüsusi lövhələr və süni intellekt əsasında hazırlanmış nağıl danışa və rəqs edə bilən edən oyuncaqlar təqdim edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib Ümummilli Lider Heydər Əliyevin doğum günündə Pekin şəhərində xeyriyyə tədbiri keçirilib
Məqalədə: #Ümummilli Lider Heydər Əliyev

Mövzu üzrə digər xəbərlər

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı
Siyasət

15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

15 İyun 09:25
Ulu Öndərin müasir ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub - Birol Akgün
Siyasət

Ulu Öndərin müasir ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub - Birol Akgün

10 May 19:23
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir
Cəmiyyət

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir

10 May 14:00

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.