8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Xankəndidə yerləşən Qarabağ Universitetində Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı – QUMUN 2026 fəaliyyətə başlayıb. Tədbirdə 20-dən çox ölkədən 100-dən artıq iştirakçı qlobal və regional məsələləri müzakirə edir.

23 May 2026 18:52
Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

BAKI,VOA

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində, Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli konfransı - QUMUN 2026 öz işinə başlayıb. 1-ci Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransı 23–25 may tarixlərində keçirilir.

VOA xəbər verir ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Gənclərin Beynəlxalq Dialoq Platforması” İB-nin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Layihə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, tələbə və gənclərin bacarıqlarını inkişaf etdirmək, onların qlobal proseslərə inteqrasiyasını təmin etmək, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin və Qarabağ Universitetinin beynəlxalq akademik dialoq, təhsil və diplomatiya mərkəzinə çevrilməsini təşviq etmək məqsədi daşıyır.

Konfransın açılış mərasimi Qarabağ Universitetində baş tutub. Açılış mərasiminə dövlət və ictimai qurumların nümayəndələri, akademik heyət, yerli və xarici iştirakçılar qatılıblar.

Konfransda 20-dən çox ölkədən 100-dən artıq nümayəndə iştirak edir. Gənclər üç gün ərzində beynəlxalq diplomatiya mühitində bir araya gələrək qlobal və regional məsələləri müzakirə edərək BMT-nin müxtəlif qurumlarının fəaliyyətini simulyasiya edəcəklər.

Açılış mərasimində Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə və Gənclərin Beynəlxalq Dialoq Platformasının sədri Əli Tağıyev açılış nitqləri ilə çıxış ediblər. Çıxışlarda gənclərin beynəlxalq əməkdaşlıq, diplomatiya və liderlik bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, Qarabağda belə beynəlxalq tədbirin təşkilinin regionun akademik və gənclər mühitinə mühüm töhfə verdiyi bildirilib.

QUMUN 2026 çərçivəsində iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsi qurumları üzrə simulyasiya sessiyalarında iştirak edəcəklər. Müzakirələr Azərbaycan, region və beynəlxalq arena üçün aktual olan sülh quruculuğu, şəhərsalma, urbanizasiya, mədəni irsin qorunması, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellekt kimi mövzuları əhatə edəcəkdir. Konfrans gənclər üçün fikir mübadiləsi, beynəlxalq əlaqələrin qurulması və çoxtərəfli əməkdaşlığın təşviqi baxımından mühüm platforma rolunu oynayacaqdır.

Layihə çərçivəsində yerli və xarici iştirakçıların Şuşa şəhərinə səfərinin təşkili, beləliklə, onların Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, yerli gənclərin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində həvəsləndirilməsi və iştirakı, əcnəbi gənclərin Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq, şəhərsalma işləri ilə tanış edilməsi nəzərdə tutulub.

Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionun beynəlxalq akademik və gənclər əməkdaşlığı məkanı kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir
Məqalədə: #Qarabağ Universiteti #Şərqi Zəngəzur #Beynəlxalq əməkdaşlıq #Böyük Qayıdış proqramı #QUMUN 2026 #BMT Modeli Konfransı #Xankəndi tədbiri #gənclərin diplomatiyası #gənclər platforması

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.