5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 7-də Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşüb.

8 İyul 2026 11:47
Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

BAKI,VOA

I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 7-də Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tarixi-mədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.

Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün türk dünyasında dini sahədə institusional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Görüşün yekununda qəbul olunmuş Kommünikenin birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaratdığı ifadə olunub.

Azərbaycan və Özbəkistanın müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, habelə dini maarifləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin də iştirak etdiyi görüşdə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun İslam sivilizasiyasının zəngin irsinin təbliği, maarifçilik ənənələrinin təşviqi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Məqalədə: #Özbəkistan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.