11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub

Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun rəhbərlik etdiyi “əl-Halqa” İrsin Dirçəldilməsi və Yerli İnkişaf Fondunda müxtəlif ixtisaslar üzrə təhsil alan 240 məzuna sertifikat təqdim olunub. Sertifikat alanlar arasında tanınmış azərbaycanlı, Quran qaresi Rza Rzayev də yer alıb.

27 İyul 2026 14:12
Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub

BAKI,VOA

Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun rəhbərlik etdiyi “əl-Halqa” İrsin Dirçəldilməsi və Yerli İnkişaf Fondunda müxtəlif ixtisaslar üzrə təhsil alan 240 məzuna sertifikat təqdim olunub. Sertifikat alanlar arasında tanınmış azərbaycanlı, Quran qaresi Rza Rzayev də yer alıb.

VOA xəbər verir ki, tədbirin açılışında çıxış edən Seymur Nəsirov rəhbərlik etdiyi qurumların, o cümlədən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki, “əl-Halqa” Fondunda və Misir-Azərbaycan Dostluq Cəmiyyətində Qurani-Kərimin qiraəti, ərəb dili, ərəb xəttatlığı, Azərbaycan dili, ənənəvi toxuma, ornament sənəti, məqam, memarlıq və digər istiqamətlər üzrə tədris həyata keçirilir.

Daha sonra “əl-Halqa” Fondunun nəzdində fəaliyyət göstərən Memarlıq və Şəhərsalma Evinin direktoru, doktor Xalid Azəb çıxış edib. O, mədəni irsin qorunmasının milli-mədəni kimliyin yaşadılması baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, fond memarlıq, incəsənət və irs sahəsində çalışan mütəxəssisləri bir araya gətirən elmi platforma kimi fəaliyyət göstərir, tarixi irsin müasir yanaşmalar əsasında qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Qeyd olunub ki, “əl-Halqa” Fondu hazırda müxtəlif ölkələrdən olan 1000-dən çox tələbəyə ödənişsiz təhsil və mədəni xidmətlər göstərir. Onların təxminən yarısını Misir vətəndaşları təşkil edir.

Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub
Məqalədə: #Misir #Qahirə #Seymur Nəsirov tədqiqatçı-alim

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45

Son Xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.