5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Qurbanlıq xaricdə kəsilsə, ibadət qəbul olunurmu?

Amma əgər həmin bölgədə yaşayan insanlar daha çox möhtacdırsa, bu halda göndərmək caizdir. Belə olan halda, qurban ibadəti yerinə yetirilmiş sayılır.

25 May 2025 22:21
Qurbanlıq xaricdə kəsilsə, ibadət qəbul olunurmu?

BAKI,AzerVoice
Qurbanlıq heyvanın yaşadığı yerdən başqa bir bölgədə kəsilməsi və ya ətinin göndərilməsi, yaxud pul ödənilərək vəkil vasitəsilə uzaq bölgədə kəsdirilməsi məsələsi tez-tez soruşulan dini suallardandır. Bu məsələ ilə bağlı İslam alimlərinin mövqeyi müxtəlif olsa da, ümumi nəticə belədir:

Əgər qurbanlıq heyvan ehtiyac olmayan bir bölgədə kəsilirsə və daha çox ehtiyacı olan bölgələr mövcuddursa, qurbanı həmin ehtiyaclı bölgəyə göndərmək, orada kəsdirmək dini baxımdan icazəlidir, hətta müstəhəb və daha fəzilətli sayılır. Lakin bunun da bəzi şərtləri və məzhəblər üzrə izahları mövcuddur.

Məzhəblərin bu barədə baxışı:

Hənəfi məzhəbi:
Qurbanı başqa bölgəyə göndərmək məkruhdur. Amma əgər həmin bölgədə yaşayan insanlar daha çox möhtacdırsa, bu halda göndərmək caizdir. Belə olan halda, qurban ibadəti yerinə yetirilmiş sayılır.

Maliki məzhəbi:
Qurbanlıq heyvanın namazı qısaltma məsafəsindən uzağa (89 km-dən çox) göndərilməsi caiz deyil. Ancaq digər bölgədəki ehtiyac daha böyükdürsə, oraya göndərmək vacib sayılır.

Şafei məzhəbi:
Qurbanı yaşadığı yerdən başqa bölgəyə göndərmək, zəkatda olduğu kimi, caiz deyil. Ən fəzilətli olan, qurbanın yaşadığın yerdə kəsilib paylanmasıdır.

Hənbəli məzhəbi:
Qurbanın 89 km-dən az məsafəyə göndərilməsi caizdir. Amma daha uzaq məsafəyə göndərilməsi zəkatda olduğu kimi haram sayılır, istisnalar xaricində.

Müasir dövrün alimlərinin yanaşması

Bu gün bir çox müasir alimlər – istər Hənəfi, istər Şafei, istərsə də digər məzhəbləri təmsil edən müctəhidlər – ehtiyac içində olan bölgələrə qurban göndərməyin dini baxımdan məqbul və savab olduğunu bildirirlər. Bu məqsədlə aşağıdakı yollar istifadə olunur:

  • Qurbanlıq heyvanların diri şəkildə ehtiyaclı bölgələrə daşınması
  • Qurbanın yerində kəsilib, soyuducu vasitələrlə uzaq bölgələrə göndərilməsi
  • Xeyriyyə təşkilatlarına pul ödənilərək onların vəkalətilə kəsilməsinin təşkili
  • Tanış və etibarlı şəxslərə vəkalət verərək onların vasitəsilə kəsdirilməsi

Bütün bu vasitələrlə qurban ibadəti yerinə yetirilmiş olur.

Bu gün bir çox müsəlman ölkələrində — Türkiyə, Malayziya, Qətər, Səudiyyə Ərəbistanı, eləcə də Avropa ölkələrində yaşayan müsəlmanlar — qurbanlarının bir qismini öz ölkəsində, bir qismini isə Afrikada, Asiyada və ya müharibə bölgələrində kəsdirirlər. Yardımlaşma və həmrəylik hissi bu ibadətin ruhuna tam uyğundur.

Azərbaycan da bir çoxları öz ölkəsində qurban kəsməklə yanaşı, öz qurbanlarını ehtiyacı olan ölkələrdə kəsirlər.
Allah həm öz ölkəsində, həm də ehtiyaclı bölgələrdə qurban kəsənlərin ibadətlərini qəbul etsin!

Məqalədə: #Sual-cavab #İslam irsi #Qurban yardımı

Mövzu üzrə digər xəbərlər

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.