5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Namaz və səfər: İslam hüququnda əsas prinsiplər

Eyni zamanda, İslam dini asanlıq və mərhəmət dini olduğuna görə, müsəlmanların çətinliklərlə üzləşdiyi hallarda müəyyən yüngüllüklər və rüxsətlər nəzərdə tutulmuşdur. Bu rüxsətlərdən biri də səfərdə olan şəxslər üçün namazların qısaldılması (qəsr) və bəzən birləşdirilməsi (cəm) qaydalarıdır.

19 Avqust 2025 14:08
Namaz və səfər: İslam hüququnda əsas prinsiplər

BAKI,AzerVoice

Namaz İslam dinində ən mühüm ibadətlərdən biridir və hər bir müsəlmanın həyatında mərkəzi yer tutur. Qurani-Kərimdə və Rəsulullahın ﷺ sünnəsində namazın fərz olduğu açıq şəkildə bəyan edilmiş, onun vaxtında və düzgün şəkildə qılınması əmr olunmuşdur.

Eyni zamanda, İslam dini asanlıq və mərhəmət dini olduğuna görə, müsəlmanların çətinliklərlə üzləşdiyi hallarda müəyyən yüngüllüklər və rüxsətlər nəzərdə tutulmuşdur. Bu rüxsətlərdən biri də səfərdə olan şəxslər üçün namazların qısaldılması (qəsr) və bəzən birləşdirilməsi (cəm) qaydalarıdır.

Sualı düzgün anlamaq üçün əvvəlcə insanın yaşadığı və köçərək məskunlaşdığı yerlərin İslam fiqhindəki statuslarını bilmək lazımdır. Alimlər bu yerləri üç kateqoriyaya ayırıblar:

Əl-Vətən əl-Əslı (Əsli vətən)

Bu, insanın doğulduğu, evlənib ailəsi ilə birlikdə yaşadığı və ya daimi qalmaq niyyəti ilə yerləşdiyi məkandır. Əksər fəqihlərin fikrinə görə, insanın doğulduğu və boya-başa çatdığı şəhər, evlənib ailə qurduğu məkan və ya ömürlük məskunlaşmaq niyyəti ilə seçdiyi yer “əsli vətən” sayılır.

Bir şəxsin bir neçə “əsli vətəni” ola bilər. Məsələn, əgər bir kişinin iki ayrı ölkədə evi və ailəsi varsa, o, bu şəhərlərdən birinə səfər etdikdə namazını qısaltmaz, çünki hər ikisi onun üçün daimi yaşayış məkanıdır.

Lakin həmin şəxs ailəsini bir yerdən köçürərsə, bu halda o yer artıq “əsli vətən” statusunu itirər.

Nümunə: Peyğəmbərimiz ﷺ və Mədinəyə hicrət edən səhabələr Məkkəyə qayıtdıqda səfər namazı qılırdılar. Çünki orada doğulsalar da, həyat yoldaşları artıq Mədinədə məskunlaşmışdı.

Hənbəli məzhəbinə görə, insan ailəsini başqa yerə köçürsə belə, əvvəlki şəhər “əsli vətən” statusunu qoruyur və orada namaz qısaldıla bilməz.

Vətənul-İqamə (Müvəqqəti məskən)

Bu, insanın səfər müddətindən (məzhəblərə görə 4–15 gün) artıq qalmaq niyyəti ilə yerləşdiyi yerdir. Belə yerlər təhsil, müvəqqəti iş və ya digər məqsədlərlə seçilir.

İnsan bu yerdə qalmaq niyyətini dəyişsə və köçsə, “iqamə vətəni” statusu bitmiş olur.

Vətənus-Sükna (Qısa müddətli məskən)

Bu, insanın səfər müddətindən az gün qalmaq niyyəti ilə yerləşdiyi yerdir.Belə halda namazlar qısaldıla və ya birləşdirilə bilər.Əsli vətən statusu yalnız iki şərtlə sabit olur: daimi qalmaq niyyəti və ya orada ailə qurub məskunlaşmaq. Valideynlərin yaşadığı və ya əmlakın olduğu şəhər bəzi məzhəblərə görə “əsli vətən” sayıla bilər, bəzilərinə görə isə yox.

Məzhəblər arasında bəzi fərqlər mövcuddur:

Hənəfilər: Əgər bir kişi iki şəhərdə ailəsi varsa, xanımlarından biri vəfat etdikdə həmin şəhər “əsli vətən” statusunu itirir.

Şafiilər: Əslində yalnız bir “əsli vətən” ola bilər. Amma bir insan yaylaq və qışlaq arasında yaşayırsa, əsas olan həyat yoldaşı və uşaqların yerləşdiyi məkandır.

Malikilər və Hənbəlilər: Səfər müddəti dörd gün, səfər məsafəsi isə təxminən 89 km-dir.

Hənəfilər: Səfər müddəti on beş gün, məsafə isə təxminən 89 km-dir.

Şafiilər: Səfər müddəti dörd gün, məsafə 81 km sayılır.

Səfər məsafəsi və müddəti

Hənəfilərə görə: 15 gün və daha artıq qalmaq niyyəti varsa, namaz tam qılınır. Səfər məsafəsi isə təxminən 89 km-dir.

Malikilər və Hənbəlilərə görə: 4 gün və ya 20 fərz namazdan artıq qalmaq niyyəti varsa, namaz tam qılınır. Məsafə isə 89 km-dir.

Şafiilərə görə: Səfər müddəti 4 gün, məsafə isə 81 km-dir.

Məqalədə: #Sual-cavab #Qurani-Kərim #namaz vaxtı #Namaz və oruc #Namaz #Quranı necə saxlamaq olar #Namaz və səfər #qəsr #Mədinəyə hicrət #Hənbəli məzhəbi #Hənəfilər #Şafiilər #Malikilər

Mövzu üzrə digər xəbərlər

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar
Quran bələdçisi: Surələrin mahiyyəti

Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

2 Avqust 13:00

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.