4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Namazda Quran oxumağın hökmü – dörd məzhəbin baxışı

Hənəfi alimlərinə görə, namazda qiraətin minimum həddi altı hərfdən ibarət ayədir. İmam Əbu Yusuf və İmam Muhəmməd isə üç qısa ayə və ya bir uzun ayənin kifayət etdiyini bildiriblər.

2 Sentyabr 2025 15:41
Namazda Quran oxumağın hökmü – dörd məzhəbin baxışı

BAKI,AzerVoice

İslam alimləri yekdil şəkildə bildirirlər ki, namazda Quran oxumaq fərzdir. Qurani-Kərimdə “...Qurandan sizə müyəssər olanı oxuyun...” ayəsi nazil olmuş, Rəsulullah ﷺ da “Qiraətsiz namaz yoxdur” buyurmuşdur.

Hənəfi məzhəbinin mövqeyi

Hənəfi alimlərinə görə, namazda qiraətin minimum həddi altı hərfdən ibarət ayədir. İmam Əbu Yusuf və İmam Muhəmməd isə üç qısa ayə və ya bir uzun ayənin kifayət etdiyini bildiriblər.

Tərcih edilən rəyə əsasən, Fatihə surəsinin oxunması vacibdir. Belə olduqda həm fərz olan qiraət, həm də Fatihənin vacibliyi yerinə yetirilmiş sayılır.

Fatihədən sonra Quran oxumaq fərzlərin ilk iki rükətində və sünnətlərin bütün rükətlərində vacibdir. Unudularsa – səhv səcdəsi, bilərəkdən tərk olunarsa – namazın təkrar qılınması tələb olunur.

Şafii, Maliki və Hənbəli məzhəblərinin baxışı

Bu üç məzhəbə görə, fərz olan qiraət yalnız Fatihə surəsidir. Hədislərdə də bu mövqe təsdiqlənir: “Fatihə oxumayan üçün namaz yoxdur.”

Fatihədən sonra Quran oxumaq isə sünnət və ya müstəhəb sayılır. Tərk edildiyi halda namaz batil olmur.

Qiraətin forması

Alimlərin izahına görə, oxunan hissə bütöv surə, surənin bir hissəsi, bir neçə ayə və ya bir uzun ayənin qismi ola bilər. Uzun surələr rükətlər arasında bölünə bilər. Hər bir hərfin oxunuşuna savab yazıldığı üçün qiraətin miqdarı ibadətin dəyərini azaldmır.

Ayələrin hissələrə bölünməsi və təhrif riski
Hənəfilərə görə, ayənin bir qismini oxumaq caizdir.
Malikilər bütöv surəni daha fəzilətli sayır.
Şafiilərə görə, ayənin bir qismini oxumaq da kifayətdir.
Hənbəlilərdə isə Fatihədən sonra surə oxumaq sünnətdir, hətta bu ayənin bir hissəsi də ola bilər.

Lakin alimlər xəbərdarlıq edirlər ki, ayələrin yarıda kəsilməsi bəzən mənanın təhrifinə səbəb ola bilər. Məsələn, “Ey iman gətirənlər! Namaza yaxınlaşmayın...” ayəsini yalnız bu qədər oxumaq, davamında gələn izahı kəsmək deməkdir.

Peyğəmbərimiz ﷺ çox vaxt surələri tam oxuyar, bəzən isə iki rükətə bölərdi. Səhabələr də surələri yarımçıq buraxmaz, hətta yaralanma anında belə oxunuşu davam etdirirdilər.

Əl-Bəqərə surəsinin son iki ayəsini ayrı-ayrı rükətlərdə oxumaq olar.Ayətül-Kürsinin tam oxunması caiz və fəzilətlidir, Hənəfilərə görə isə vacibdir.
Ayətül-Kürsini hissələrə bölmək mümkündür, lakin bütöv oxumaq daha üstündür.Fatihədən sonra üç qısa ayə və ya bir uzun ayə oxumaq kifayətdir.

Alimlərin vurğuladığı kimi, bütöv ayə və surələrin oxunması daha fəzilətlidir. Ayələrin hissələrə bölünməsi caiz olsa da, mənanın təhrif olunma ehtimalına görə tövsiyə edilmir. Ən fəzilətli olan isə – ayələri əzbər bilib mənasını anlayaraq, şüurlu şəkildə oxumaqdır. Bu, həm xuşunu artırır, həm də ibadətin ruhunu gücləndirir.

Məqalədə: #Sual-cavab #İslam irsi #Quran surəsi #Quran-Kərim #Qurani-Kərim #Qurani-Kərim ayələri #Quran surələri #Yuxuda işa namazı qılmaq #təravih namazı #Düha namazı neçə rükət #Hədislərdə düha namazı #Düha namazı nə vaxt qılınır? #Quşluq namazı neçə rükət olur? #Peyğəmbər düha namazı haqqında nə deyib? #Düha namazı fəzilətli namazdırmı?

Mövzu üzrə digər xəbərlər

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
VOA analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.