4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Cümə gününün fəziləti və təbrikləşmə məsələsi

Peyğəmbərimiz ﷺ bu barədə belə buyurmuşdur: “Həqiqətən, günlərinizin ən fəzilətlisi Cümə günüdür. O gün Adəm (əleyhissəlam) yaradıldı, o gün vəfat etdi, o gün Sur üfürüləcək və həmin gün Qiyamət baş verəcəkdir. Buna görə də Cümə günü mənə çoxlu salavat gətirin. Çünki sizin salavatlarınız mənə təqdim olunur.”

12 Sentyabr 2025 10:20
Cümə gününün fəziləti və təbrikləşmə məsələsi

BAKI,Azervoice

İslam dinində Cümə günü həftənin ən üstün günü hesab olunur. Onun dəyəri yalnız cümə namazı ilə bağlı deyil, həm də bir sıra tarixi və gələcək hadisələrlə əlaqədardır.

Peyğəmbərimiz ﷺ bu barədə belə buyurmuşdur: “Həqiqətən, günlərinizin ən fəzilətlisi Cümə günüdür. O gün Adəm (əleyhissəlam) yaradıldı, o gün vəfat etdi, o gün Sur üfürüləcək və həmin gün Qiyamət baş verəcəkdir. Buna görə də Cümə günü mənə çoxlu salavat gətirin. Çünki sizin salavatlarınız mənə təqdim olunur.”

Səhabələr soruşdular: “Ya Rəsulallah! Sən torpağa qarışandan sonra salavatlarımız sənə necə çatacaq?” Peyğəmbər ﷺ cavab verdi: “Allah-Təala yer üzünə peyğəmbərlərin cəsədlərini haram etmişdir.”

Cümə günü üçün tövsiyələr

Peyğəmbərimiz ﷺ möminlərə Cümə günü ilə bağlı bir sıra tövsiyələr vermişdir:

Namaza getməzdən əvvəl qüsl almaq,ətir vurmaq,Kəhf surəsini oxumaq,Xütbə zamanı dinləmək və danışmamaq,gün boyu çoxlu dua etmək.

Cümə günü həm də müsəlmanlar üçün həftəlik bayramdır. Hədisdə belə buyurulur: “Həqiqətən, bu gün bir bayramdır. Allah bu günü müsəlmanlar üçün bayram etmişdir. Kim cüməyə gələrsə, qüsl etsin, ətri varsa sürtsün, dişlərini təmizləsin.”

Buna görə də bir çox müsəlmanlar Cümə günü bir-birilərini “Cüməniz mübarək” və ya “Xeyirli cümələr” kimi ifadələrlə təbrik edir, dualar edirlər.

Təbrikləşmə mövzusunda alimlərin fikirləri

Peyğəmbərimizin ﷺ dövründə Cümə günü üçün xüsusi təbrik ənənəsi olmayıb. Buna görə də müasir alimlər bu məsələdə müxtəlif mövqelər sərgiləyiblər.

Qadağan olduğunu deyənlər – Onların fikrincə, Cümə günü təbrikləri dua və zikr formasında olduğuna görə ibadət kateqoriyasına daxildir. İbadət isə yalnız Qurana və səhih hədislərə əsaslanmalıdır. Əks halda bu, “bidət” hesab olunur. Rəsulullah ﷺ buyurmuşdur: “Dua ibadətin özüdür.”

Caiz olduğunu deyənlər – Bəzi alimlər isə bunun sadəcə adət olduğunu, ibadət niyyəti daşımadığını bildirirlər. Onların fikrincə, insanlar bir-birilərinə yaxşı sözlər deməklə, xeyir-dua verməklə günün fəzilətini xatırladırlar və bu, bidət hesab edilmir.

Əbu Ümamə əl-Bahili və digər səhabələrdən rəvayətə görə, onlar bayram namazından qayıdarkən bir-birilərinə: “Allah bizdən və sizdən qəbul etsin” – deyə dua edirdilər. Bu da müəyyən hallarda təbrikləşmənin caiz ola biləcəyinə işarə sayılır.

Bidət məsələsinə baxış

İmam Şatibi bidəti belə izah edir:“Bidət – dində uydurulmuş bir yol olub, şəriətə oxşarlıq təşkil edən və ibadət məqsədi güdən şeydir.”

O, həmçinin qeyd edir ki, bidət yalnız ibadət niyyəti ilə edilən yeniliklərə aiddir. Adətlər və gündəlik vərdişlər bu çərçivəyə daxil deyil. Beləliklə, əgər Cümə günü təbriki dini ayin kimi deyil, sadəcə xoş söz və dua formasında edilirsə, bu, bidət sayılmır.

Beləliklə, Cümə gününün fəziləti danılmazdır və müsəlmanlar üçün xüsusi məna daşıyır. Təbrikləşmə məsələsində isə alimlər arasında müxtəlif baxışlar mövcuddur. Əsas meyar niyyətin ibadət yox, xoş söz və xatırlatma olmasıdır.

Məqalədə: #Sual-cavab #İslam irsi #Cümə gününün fəziləti #Rəsulallah #Kəhf surəsini oxumaq #Kəhf surəsi #Cüməniz mübarək #Xeyirli cümələr #Dua ibadətin özüdür #bidət #İmam Şatibi #Cümə gününün fəziləti danılmazdır #Adəm əleyhissəlam

Mövzu üzrə digər xəbərlər

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.