10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?

Əvvəlcə qeyd edək ki, xəstəlik səbəbindən oruc tuta bilməyən və bu xəstəliyin davamı üzündən qəzasını da edə bilmədən vəfat edən bir müsəlmana heç bir kəffarət vacib deyil. Onun varislərinin üzərində nə oruc qəzası, nə də maddi öhdəlik var. Bu məsələdə dörd məzhəb arasında fikir birliyi mövcuddur.

1 Oktyabr 2025 11:30
Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?

BAKI,AzerVoice

Əvvəlcə qeyd edək ki, xəstəlik səbəbindən oruc tuta bilməyən və bu xəstəliyin davamı üzündən qəzasını da edə bilmədən vəfat edən bir müsəlmana heç bir kəffarət vacib deyil. Onun varislərinin üzərində nə oruc qəzası, nə də maddi öhdəlik var. Bu məsələdə dörd məzhəb arasında fikir birliyi mövcuddur.

Hənəfilər və Malikilər bildirirlər ki, vəfat edən şəxs vəsiyyət edərsə, onun malının üçdə birindən istifadə olunaraq tutmadığı hər gün üçün bir kasıbı doyurmaqla fidyə verilə bilər. Vəsiyyət olmasa da, varislər istəsələr könüllü olaraq fidyə verə bilərlər.

Şafii və Hənbəlilər isə belə hesab edirlər ki, tutulmamış oruc borcu maliyyə borcu kimidir və ölüm ilə bitmir. Yəni vəsiyyət olsa da, olmasa da, varisləri onun bütün malından fidyə ayıraraq bu borcu ödəməlidirlər.

Malikilər əlavə edirlər ki, əgər insan sağlığında şahidlər qarşısında bu borcu etiraf etmişdisə, vəsiyyət olub-olmamasından asılı olmayaraq, fidyə bütün malından çıxılır. Əgər yalnız vəsiyyət etmişdisə, bu zaman malının üçdə birindən fidyə verilir. Heç bir vəsiyyət və etiraf yoxdursa, varislərə heç bir məsuliyyət düşmür.

Beləliklə, cümhura görə (yəni çoxluq alimlərin fikrinə görə), ölünün oruc borcu qəza ilə deyil, fidyə verməklə ödənir. Bu, hər gün üçün bir kasıbı doyurmaq deməkdir.

Hənbəli alimlərinin bir qismi, üzrsüz olaraq orucunu tərk edən insan vəfat etdikdə, onun yerinə yaxınlarının oruc tutmasını caiz görmüşlər. Onlar Aişənin (r.a.) rəvayət etdiyi bu hədisə əsaslanırlar:

“Kim ölərsə və üzərində (tutmadığı) oruc olarsa, onun qəzasını onun vəlisi (yaxını) tutar.”

Ölülərin diriləri eşitməsi məsələsi

Bu mövzuda alimlər arasında ixtilaf var. Bəzi alimlər ölülərin eşidə biləcəyini söyləyiblər və dəlil kimi bu hədisi gətiriblər:

“İnsan qəbirə qoyulduqda, yanında olanlar geri dönüb gedərkən, onun ayaq səsini eşidir.” Peyğəmbərimizin (s.ə.s.) Bədr döyüşündə öldürülən müşriklərə xitab etməsi də buna sübut kimi göstərilib. O buyurdu:

“Məni haqq ilə göndərən Allaha and olsun! Siz mənim dediklərimi onlardan ( öldürülən müşriklərdən) daha çox eşitmirsiniz, lakin onlar cavab verə bilmirlər.”

Eyni zamanda Peyğəmbərin (s.ə.s.) qəbir əhlinə salam verməsi və ümmətinə də belə davranmağı öyrətməsi onların eşitməsini göstərən dəlil sayılır.

İbn Teymiyyə, İbn Qəyyim və İbn Rəcəb kimi alimlər ölülərin eşidə biləcəyini qəbul ediblər. Amma Hənəfi alimlərinin çoxu, o cümlədən Aişə (r.a.), ölülərin eşitmədiyini deyiblər. Onların dəlili isə bu ayələrdir:

“Şübhəsiz ki, sən ölülərə eşitdirə bilməzsən” (Nəml, 80). “Sən qəbirlərdə olanlara eşitdirən deyilsən” (Fatir, 22).

Andı pozmağın kəffarəsi barəsində

Quranda buyurulur: “…Onun (pozulmuş andın) kəffarəsi – ailənizə yedirdiyiniz yeməyin orta səviyyəsindən on kasıbı doyurmaq, yaxud onları geyindirmək, yaxud bir kölə azad etməkdir. Kim bunları etməsə, üç gün oruc tutmalıdır…” (Maidə, 89)

Buradan göründüyü kimi, andını pozan şəxs ya kasıbı doyurmalı, ya geyindirməli, ya da kölə azad etməlidir. Bunları edə bilməyən üç gün oruc tutur.

Ölən insanın and kəffarətinə gəldikdə, alimlər bu məsələdə də oruc qəzasındakı hökmlərə qiyas ediblər. Yəni çoxluğa görə (Hənəfi, Maliki, Hənbəli və İmam Şafiinin yeni görüşünə əsasən) ölünün yerinə oruc tutulmaz. Fidyə vermək kifayətdir.

İmam Şafiinin əvvəkli görüşünə, eləcə də İbn Hazm, İbn Useymin və İbn Baz kimi alimlərə görə isə, ölünün yerinə oruc tutulması mümkündür.

Fidyənin verilməsi isə Quranda qeyd olunan kimi – ya kasıbı doyurmaq, ya da geyim verməklə olur (kölə azad etmək günümüzdə mümkün deyil).

Məqalədə: #Cəməl döyüşü #Fil döyüşu #Xəndək döyüşü #Peyğəmbərimizin Həyatı #Hz Peyğəmbər #Talaş döyüşü #Yərmuk döyüşü #Bədr döyüşündə iştirak edənlər #Peyğəmbər niyə itlərin öldürülməsini əmr etdi? #Şafii məzhəbində dua hökmü #Peyğəmbər mağara hadisəsi #Peyğəmbərin həyatı #Rebî bin Süleyman və İmam Şafii #Hənbəli məzhəbi #Hənəfilər #Şafiilər #Malikilər #Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı? #xəstəlik səbəbindən oruc tuta bilməyən #Hənbəlilər #Hənbəli alimləri #Ölülərin diriləri eşitməsi #Bədr döyüşü #İbn Teymiyyə

Mövzu üzrə digər xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

00:21
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.