6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Niyə bəzi insanlarla qanımız dərhal qaynayır? – Ruhların qədim dostluğu

Ruhların yaradılması bədənlərin yaranmasından daha öncə baş verib. Biz hazırda ruhlar aləmindən ana bətninə, oradan uşaqlığa, gəncliyə, qocalığa, daha sonra isə qəbir, bərzəx, cənnət və ya cəhənnəmə gedən uzun bir yoldayıq. Bu yolun başlanğıc nöqtəsi məhz ruhlar aləmidir. Buna görə də ruhların yaradılışı bədənlərin (cəsədlərin) təşəkkülündən əvvəldir.

29 Yanvar 2026 18:41
Niyə bəzi insanlarla qanımız dərhal qaynayır? – Ruhların qədim dostluğu

BAKI,AzerVoice

Ruhların yaradılması bədənlərin yaranmasından daha öncə baş verib. Biz hazırda ruhlar aləmindən ana bətninə, oradan uşaqlığa, gəncliyə, qocalığa, daha sonra isə qəbir, bərzəx, cənnət və ya cəhənnəmə gedən uzun bir yoldayıq. Bu yolun başlanğıc nöqtəsi məhz ruhlar aləmidir. Buna görə də ruhların yaradılışı bədənlərin (cəsədlərin) təşəkkülündən əvvəldir.

Peyğəmbərimiz (s.a.s) bu barədə belə buyurmuşdur:

"Ruhlar bir araya toplanmış dəstələr kimidir. Onlardan öncədən bir-biri ilə tanış olanlar (dünyada da) yaxşı anlaşarlar. Tanış olmayanlar isə bir-birindən uzaqlaşar və dil tapa bilməzlər."

Bu müqəddəs hədis insanların dünyaya gəlməzdən əvvəl haradasa tanış olub qaynaşdıqlarını bizə xəbər verir. Bu hal ana bətnində mümkün olmadığına görə, deməli, ruhlar hələ ana bətninə düşməzdən əvvəl mövcud olublar. Bu, ruhların bədənlərdən öncə yaradıldığının ən açıq sübutudur. İslam alimləri də bu hədisi izah edərkən ruhların bədənlərə gəlməzdən əvvəl tanış olub qaynaşdıqlarını və bədənlərdən daha öncə yaradıldıqlarını vurğulayırlar.

"Bəli, Sən bizim Rəbbimizsən!" – Böyük Əhd nə zaman olub?

Burada digər bir mühüm məsələ ortaya çıxır: Allahın ruhlardan söz aldığı, bizim dildə "Qalu Bəla" ( Bəli Dedilər) kimi tanıdığımız həmin böyük razılaşma nə zaman baş verib? Yəni Uca Allah: "Mən sizin Rəbbiniz deyiləmmi?" – deyə soruşduqda, ruhlar: "Bəli, Sən bizim Rəbbimizsən!" – cavabını nə vaxt veriblər?

Bu mövzuda alimlərin rəyləri qısaca belədir:

Bir qrup təfsir alimi hesab edir ki, bu razılaşma simvolik və məcazi xarakter daşıyır. Onların fikrincə, bu, insanın yaradılışında Allahın rəbbliyini tanımaq qabiliyyətinin olması deməkdir. Yəni insanın fitrətən Allahı tanımağa meylli yaradılması bir növ "şahidlik" kimi qiymətləndirilib.

Təfsir alimlərinin böyük əksəriyyəti isə həm Allahın müraciətinin, həm də ruhların verdiyi cavabın rəmzi deyil, həqiqi olduğu qənaətindədirlər. Son dövrün tədqiqatçıları bu fikri belə ifadə edirlər: Allah ruhlara ağıl, həyat və danışıq qabiliyyəti verdi, Özünün yaradıcılığına dəlalət edən dəlilləri göstərdi. Onlar da sualı anlayıb, dərk edərək dildə söyləmək surətiylə cavab verdilər.

ruhlar aləmi, yaradılışın sirri, bədəndən əvvəl ruh, ruhun mahiyyəti, Qalu Bəla nədir, Allahla əhd, insanın yaradılışı, İslamda ruh anlayışı, ruhların tanışlığı, mənəvi dünya, bərzəx aləmi, axirət səfəri, ana bətni və ruh, ruh nə vaxt yaranıb, ilk yaradılış, dini məqalələr, ilahi hikmət, peyğəmbər hədisləri, ruhların dostluğu, ruhun əbədiliyi, can və bədən, ruhun tərbiyəsi, mənəviyyat, islam alimlərinin rəyləri, təfsir dərsləri, Quran ayələri ruh haqqında, yaradılış mərhələləri, ruh və ağıl, bədənin ölümü, ruhun qayıdışı. عالم الأرواح, الروح قبل الجسد, قالوا بلى, الميثاق الأول, خلق الأرواح, الأرواح جنود مجندة, حديث شريف, تفسير القرآن, حقيقة الروح, البرزخ, النشأة الأولى, الفطرة الإنسانية, معرفة الله, التوحيد, الروح والجسد. мир душ, сотворение души, душа до тела, ислам об ахирате, Калу Беля, договор с Аллахом, когда была создана душа, жизнь после смерти, исламская психология, вечность души, духовный путь, тайна мироздания, познание творца, пророческие хадисы о душе. world of souls, creation of soul, soul before body, Islamic spirituality, Qalu Bala covenant, origin of human soul, pre-existence of souls, journey of the soul, afterlife in Islam, Quranic interpretation of soul, spiritual connection, divine breath. insan ruhu haradan gəlib, ruhların görüşməsi, qan çəkmək nədir, ruhlar harada yaşayır, bədən yoxkən ruh varmı, ruhların yaradılması ardıcıllığı, dini suallar və cavablar, ruh haqqında həqiqətlər, ruhaniyyat, ilahi eşq, ruhun sədası, ilk söz vermə, əzəli dünya.

Məqalədə: #İlk tanışlığımız nə vaxt olub? Ruhlar aləminin sirri #Niyə bəzi insanlarla qanımız dərhal qaynayır? – Ruhların qədim dostluğu #Ana bətnindən əvvəl harada idik? Yaradılışın ilk mərhələsi #Ruhun bədəndən əvvəl yaradılmasına dair dini dəlillər #Qalu Bəla: Allahla bağladığımız ilk əhdin mahiyyəti #Ruhların yaradılış ardıcıllığı: İslam alimlərinin rəyləri #Ruh bədəndən əvvəl yaradılıb #yoxsa sonra? – Rəsmi izah

Mövzu üzrə digər xəbərlər

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?
İslam və həyat: Şəriət sualları

Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

26 İyul 12:00
Qara toyuq qanından ovuc cizgilərinə: Cadugərlərin insanları aldatdığı gizli sehir yolları haqqında hər şey
İslam və həyat: Şəriət sualları

Qara toyuq qanından ovuc cizgilərinə: Cadugərlərin insanları aldatdığı gizli sehir yolları haqqında hər şey

12 İyul 17:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.