9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Sudan
Sudan

ABŞ məhkəməsi niyə Cənubi Sudan üçün müdafiə statusunun ləğvinə icazə verib?

ABŞ-ın federal hakimi Patti Saris Tramp administrasiyasına Cənubi Sudan vətəndaşları üçün Müvəqqəti Qorunan Statusun (TPS) ləğvinə icazə verib. Qərar Ali Məhkəmənin Haiti və Suriya ilə bağlı analoji qərarından sonra qəbul olunub. TPS proqramı münaqişə və ya təbii fəlakət yaşayan ölkələrin vətəndaşlarına deportasiyadan müvəqqəti müdafiə və işləmək hüququ verir. ABŞ hökuməti isə Cənubi Sudanın artıq bu status üçün şərtlərə cavab vermədiyini bildirir.

7 Avqust 2026 20:34
ABŞ məhkəməsi niyə Cənubi Sudan üçün müdafiə statusunun ləğvinə icazə verib?

BAKI,VOA,Yusif Şərifzadə

ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp administrasiyasına Cənubi Sudan vətəndaşları üçün deportasiyadan müvəqqəti müdafiə statusunu (TPS) ləğv etməyə icazə verib.

VOA xəbər verir ki, Boston şəhərinin federal hakimi Patti Saris immiqrant hüquqlarını müdafiə edən təşkilatların Cənubi Sudan üçün Müvəqqəti Qorunan Statusun (Temporary Protected Status – TPS) qüvvədə saxlanılması ilə bağlı son müraciətini rədd edib.

Qərar ABŞ Ali Məhkəməsinin iyun ayında Tramp administrasiyasına Haiti və Suriyadan olan minlərlə şəxsin analoji müdafiə statusunu ləğv etməyə icazə verməsindən sonra qəbul olunub.

Ali Məhkəmənin 6-3 səs nisbəti ilə qəbul etdiyi qərar aşağı instansiya məhkəmələrinin Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) TPS proqramını ləğv etməsi ilə bağlı qərarlarını nəzərdən keçirmək imkanlarını məhdudlaşdırıb.

TPS proqramı təbii fəlakət, silahlı münaqişə və ya digər fövqəladə hallarla üzləşən ölkələrin vətəndaşlarına ABŞ-da müvəqqəti yaşamaq, işləmək və deportasiyadan qorunmaq hüququ verir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ötən ilin noyabrında Cənubi Sudan üçün TPS statusunun dayandırılması barədə qərar qəbul edərək, ölkənin artıq bu status üçün tələb olunan meyarlara cavab vermədiyini bildirib.

Cənubi Sudan 2011-ci ildən etibarən TPS proqramına daxil edilmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #ABŞ məhkəməsi #deportasiya #Cənubi Sudan #immiqrasiya #TPS

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
Səudiyyə Ərəbistanı

ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib

8 Sentyabr 21:42
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub
Sudan

Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

3 Sentyabr 10:34

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.