14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

Suriyanın keçmiş vitse-prezidenti Əbdülhəlim Xəddamın sentyabrda nəşr olunacaq xatirələrində ölkənin 12 milyard dollarlıq dövlət ehtiyatının keçmiş prezident Hafiz Əsədin şəxsi adına rəsmiləşdirildiyi iddia edilir. Xəddamın sözlərinə görə, sözügedən məbləğ dövlətə məxsus olsa da, xaricdə Əsədin adına açılmış hesabda saxlanılıb. O, bu vəziyyətin sonradan 65 milyon dollarlıq şübhəli pul köçürməsi ilə bağlı daxili böhrana səbəb olduğunu yazıb.

27 Avqust 2026 06:00
12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

Suriyanın keçmiş vitse-prezidenti Əbdülhəlim Xəddamın sentyabrda nəşr olunacaq xatirələrində ölkənin 12 milyard dollarlıq dövlət ehtiyatının keçmiş prezident Hafiz Əsədin şəxsi adına rəsmiləşdirildiyi iddia edilir.

Xəddamın sözlərinə görə, sözügedən məbləğ dövlətə məxsus olsa da, xaricdə Əsədin adına açılmış hesabda saxlanılıb. O, bu vəziyyətin sonradan 65 milyon dollarlıq şübhəli pul köçürməsi ilə bağlı daxili böhrana səbəb olduğunu yazıb.

Xəddamın versiyasına əsasən, Əsəd xaricdəki hesabından 65 milyon dolların çıxarılması barədə məlumat aldıqdan sonra bankdan köçürmə sənədini tələb edib. Sənəddəki imzanın saxta olduğu müəyyənləşdirilib. Pulun keçmiş baş nazir Mahmud əl-Züəbiyə bağlı hesaba köçürüldüyü üzə çıxıb və vəsaitin geri qaytarılması tələb olunub.

Xəddam xatirələrində Züəbini korrupsiya fəaliyyətində iştirak etməkdə ittiham edib və onun uzun müddət dövlət idarəçiliyində mühüm mövqedə olduğunu qeyd edib.

Məlumata görə, 2000-ci ilin mayında Hafiz Əsəd Züəbini xəyanətdə ittiham edərək onun araşdırılmasını və məsuliyyətə cəlb edilməsini istəyib. Züəbi istintaqa çağırılacağını öyrəndikdən sonra intihar edəcəyini bildirib və həmin ayın 24-də evində özünü güllələyib.

Xəddam həmçinin Züəbinin dövründə “Airbus” təyyarələrinin alınması ilə bağlı müqavilə ətrafında korrupsiya iddialarının olduğunu yazıb.

Qeyd edək ki, xatirələrdəki bank sənədləri və maliyyə iddiaları müstəqil şəkildə təsdiqlənməyib. Hadisələrin təfərrüatları Xəddamın sentyabrda nəşr ediləcək xatirələrində təqdim olunur.

Məqalədə: #Suriya hökuməti #Hafiz Əsəd #Əbdülhəlim Xəddam #Suriyanın dövlət ehtiyatları #Suriyanın 12 milyard dolları #Hafiz Əsədin bank hesabı #Suriya maliyyəsi #Suriya korrupsiya iddiaları #Mahmud əl-Züəbi #Suriya siyasi tarixi #Baas rejimi #Suriya dövlət maliyyəsi #Suriya korrupsiya araşdırması

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

13 Sentyabr 14:59
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

12 Sentyabr 13:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14

Son Xəbərlər

Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
21:01
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
20:58
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
20:56
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.