Türkiyədə 33 şəhərdə əməliyyat - 51 İŞİD şübhəlisi saxlanılıb
Türkiyə jandarması tərəfindən son iki həftə ərzində keçirilən genişmiqyaslı antiterror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda, maliyyələşdirməkdə və təbliğat aparmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
İstanbul Başprokurorluğunun rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD silahlı terror təşkilatı ilə əlaqəli 19 nəfər saxlanılıb. Eyni zamanda, İŞİD tərəfdarları ilə əlaqədə olan, təşkilata dəstək xarakterli sosial media paylaşımları edən, təbliğat fəaliyyətlərində iştirak edən və gizli rabitə tətbiqlərindən istifadə etdiyi müəyyən edilən 9 nəfər də aşkarlanıb.