İnkişaf Yolu layihəsinin layihələndirmə işlərinin 95 faiz tamamlanıb - Nazir
İraq Nəqliyyat naziri Vahab Əl-Həsəni 11 avqust 2026-cı il çərşənbə akşamı Parlamentin Nəqliyyat və Rabitə Komissiyasının üzvləri ilə görüşərək İnkişaf Yolu, Əl-Fav Böyük Limanı və milli dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi də daxil olmaqla strateji infrastruktur layihələrinin icra mərhələlərini nəzərdən keçirib.
Suriyada İnkişaf Fondu yaradıldı - ilk saatda 55 milyon dollar toplandı
Dəməşq qalasında keçirilən rəsmi mərasimlə Suriya İnkişaf Fondunun fəaliyyətə başladığı elan olunub. AzerVoice xəbər verir ki, tədbirdə ölkə prezidenti Əhməd Əş-Şəra da iştirak edib. Yeni yaradılan fondun əsas məqsədləri, dağıdılmış infrastrukturun bərpası,əhalinin əsas xidmətlərlə təmin olunması və mühüm sahələrin inkişaf etdirilməsidir. Fondun maliyyələşməsi yerli və beynəlxalq ianələr, həmçinin xarici qrantlar hesabına formalaşdırılır. Rəsmi məlumata görə, fəaliyyətə başladığı ilk saat ərzində fonda 55 milyon dollardan artıq vəsait daxil olub. Bu göstərici həm ölkə daxilində, həm də xaricdəki donorların aktiv dəstəyinin nəticəsi kimi qiymətləndirilir.