Zelenski Trampla görüşəcəyini açıqlayıb
Ukrayna prezidenti Volodomir Zelenski bazar ertəsi ABŞ-a gedəcəyini açıqlayıb. Zelenski ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya lideri Vladimir Putin ilə Alaskada görüşən sabiq ABŞ Prezidenti Donald Tramp ilə zirvə görüşündən sonra telefon danışığı apardığını bildirib. Zelenski bu barədə Telegram hesabında paylaşım edib. Onun sözlərinə görə, əvvəlcə Avropa liderlərinin iştirakı ilə, daha sonra isə təxminən bir saat yarım müddətində Tramp ilə təkbətək telefon danışığı baş tutub.
ABŞ-la münasibətlərdə sürətli irəliləyiş gözlənilmir - Kreml
Kreml ABŞ-la münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərin yaxın vaxtda nəticə verəcəyinə inamın zəif olduğunu bildirib.