Türkiyənin dəniz gücü Avropada: TCG Anadolu strateji logistika vəzifəsini tamamladı
Türkiyə Milli Müdafiə Nazirliyi, NATO-nun bu il keçirilən ən genişmiqyaslı təlimi olan "Steadfast Dart-26"da iştirak edəcək quru qoşunları bölmələrinin Almaniyanın Emden limanına çatdırıldığını elan edib. Nazirliyin sosial media hesabında paylaşılan məlumata görə, bu strateji daşıma əməliyyatı Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu vasitəsilə uğurla həyata keçirilib.
Hakan Fidan və NATO Baş katibi Ukrayna müharibəsi və Qara Dənizin təhlükəsizliyini müzakirə edib
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, NATO Baş katibi Mark Rutte ilə Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının çərçivəsində görüşüb. Görüşdə əsasən Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonlandırılması üçün görülən səylər müzakirə olunub. Hakan Fidan və Mark Rutte, müharibənin daha da uzanmaması üçün beynəlxalq əməkdaşlığın və diplomatik həll yollarının vacibliyini vurğulayıb. Bundan əlavə, Qara Dənizin təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmə gətirilib. Bu çərçivədə regionda sabitliyin təmin edilməsi və NATO-nun bu sahədəki rolunun artırılması müzakirə edilib.
Türkiyə ilə birbaşa müharibəyə hazır deyilik - İsrailli polkovnikdən etiraf
İsrail ordusunun istefada olan polkovniki Eran Lerman Türkiyə ilə mümkün qarşıdurma ssenarilərinə dair diqqətçəkən açıqlamalar verib. Lerman bildirib ki, İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə müharibəyə hazır deyil. “Biz belə böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt bu həddə çatmarıq”-deyə o bildirib. Onun sözlərinə görə, İsrailin imkanları məhduddur, lakin ölkənin dəniz qüvvələri istedadlı və cəsurdur, havada isə üstünlüklərin mövcud olduğuna inanır. “Bütün bunlara baxmayaraq, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla birbaşa müharibəyə heç vaxt girməməliyik”- deyə o əlavə edib.
Türkiyənin GAZAP bombası dünya mediasında geniş əks-səda doğurdu
Türkiyənin hazırladığı və “ən güclü konvensional bomba” kimi təqdim olunan GAZAP termobarik bombası dünya mediasında geniş əks-səda doğurub.
Belçika 2026-cı ildə Türkiyəyə ən böyük iqtisadi heyətlə səfər edəcək
Belçika Müdafiə və Xarici Ticarət naziri Theo Francken, 2026-cı ildə Belçika şahzadəsi Astrid ilə birlikdə Türkiyəyə rəsmi səfər edəcəklərini açıqlayıb.
Beynəlxalq arenada hamı Türkiyəni dinləyir - Belçika
Francken Türkiyəyə səfəri çərçivəsində Belçika-Türkiyə ikitərəfli münasibətləri, müdafiə sənayesi sahəsində əməkdaşlıqlar və regional məsələlər barədə danışıb.