8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Belçika 2026-cı ildə Türkiyəyə ən böyük iqtisadi heyətlə səfər edəcək

Belçika Müdafiə və Xarici Ticarət naziri Theo Francken, 2026-cı ildə Belçika şahzadəsi Astrid ilə birlikdə Türkiyəyə rəsmi səfər edəcəklərini açıqlayıb.

26 İyul 2025 13:46
Belçika 2026-cı ildə Türkiyəyə ən böyük iqtisadi heyətlə səfər edəcək

BAKI, AzerVoice

Belçika Müdafiə və Xarici Ticarət naziri Theo Francken, 2026-cı ildə Belçika şahzadəsi Astrid ilə birlikdə Türkiyəyə rəsmi səfər edəcəklərini açıqlayıb.

AzerVoice xəbər verir ki, səfərin məqsədi iqtisadi əlaqələri gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaqdır.

Francken bildirib ki, bu səfər çərçivəsində Türkiyəyə 500-600 nəfərlik iqtisadi nümayəndə heyəti ilə gələcəklər.

“Yalnız müdafiə naziri deyil, eyni zamanda xarici ticarət naziri olaraq gələcəyəm. İyun ayında təxminən bir həftəlik səfər planlaşdırılır və bu, Belçikanın indiyədək təşkil etdiyi ən böyük iqtisadi heyət olacaq,” – deyə Francken qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə, Avropa İttifaqı xaricində Belçikanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.

“Birləşmiş Krallıq, Çin və ABŞ-dan sonra Türkiyə gəlir. 2024-cü ildə iki ölkə arasında mallar və xidmətlər üzrə ticarət dövriyyəsi 12,5 milyard avroya çatıb,” – deyə Francken vurğulayıb.

Nazir, yalnız müdafiə sahəsində deyil, iqtisadiyyat da daxil olmaqla bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Türkiyənin müdafiə sənayesindəki inkişafını yüksək qiymətləndirən Francken, ölkənin innovasiya, tədqiqat və inkişaf sahələrində ciddi irəliləyişlər əldə etdiyini deyib.

“Türkiyə gələcəyə yönəlik real bir nümunədir,” – deyə o, əlavə edib.

Məqalədə: #Belçika #NATO #müdafiə sənayesi məhsulları #Türkiyə milli müdafiə strategiyası #Türkiyə-NATO-Aİ üçbucağı #NATO və Türkiyə əməkdaşlığı #Türkiyənin NATO-dakı rolu #NATO-da Türkiyənin rolu #Belçika-Türkiyə əlaqələri #Theo Francken #Belçika iqtisadi heyəti #2026 Türkiyə səfəri #Prenses Astrid Türkiyə #Belçika Türkiyə ticarət əlaqələri

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp
Digər Dövlətlər

Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

29 Avqust 16:34
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16

Son Xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.