9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

NATO xarici işlər nazirləri Antalyada görüşəcək

10 May 2025 16:50
NATO xarici işlər nazirləri Antalyada görüşəcək

BAKI, AzerVoice

Türkiyə Xarici işlər naziri Hakan Fidan mayın 14-15-də Antalyada NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısına (NATO iFMM) ev sahibliyi edəcək.

AzerVoice xəbər verir ki, Türkiyə XİN - dən verilən məlumata görə, 32 NATO müttəfiqinin təmsil olunacağı toplantı mayın 14-15-də Antalyada keçiriləcək.

NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Görüşləri NATO sammitləri ərəfəsində Müttəfiq nazirlər arasında əlavə mübadilələr üçün imkan yaradır. Bu çərçivədə 24-25 iyun tarixlərində Haaqada keçiriləcək “NATO Dövlət və Hökumət Başçıları Zirvəsi”nə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.

İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO baş katibi və digər yüksək səviyyəli NATO rəsmilərinin mayın 14-də axşam nazir Fidanın ev sahibliyi etdiyi ictimai tədbirdə bir araya gəlməsi gözlənilir.

Şimali Atlantika Şurasının mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarların müzakirə ediləcəyi gözlənilir.

Avropa təhlükəsizliyinin gələcəyi və transatlantik təhlükəsizlikdə yükün bölüşdürülməsinin nəzərdən keçirilməsi səyləri də görüşün prioritet gündəm bəndi olacaq.

Nazir Fidan 76 ildir Avro-Atlantik təhlükəsizliyin onurğa sütunu olan NATO-nun daha güclü, daha təsirli və çəkindirici olmasının, mühüm rolunu itirməməsinin vacibliyini vurğulayacaq və bu istiqamətdə səylərin ağırlıq mərkəzinin müttəfiqlik həmrəyliyi və birliyini daha da gücləndirmək olduğuna diqqət çəkəcək.

Fidan Türkiyənin güclü ordusu, müasir hərbi imkanları və qabaqcıl müdafiə sənayesi infrastrukturu ilə Avro-Atlantik təhlükəsizliyinə töhfələrini davam etdirmək və daha çox məsuliyyət götürməkdə qərarlı olduğunu vurğulayacaq və Türkiyə kimi Aİ üzvü olmayan müttəfiqlərin Avropa proseslərindəki çəkisi və gələcəyi ilə bağlı mövqelərinə görə Aİ-nin müdafiə səylərində iştirakının vacib olduğunu vurğulayacaq.

Nazir Fidan toplantıda müdafiə xərclərinin hazırda NATO-nun “Ümumi Daxili Məhsulun (ÜDM) yüzdə ikisi” kriteriyasının üzərində olan Türkiyənin müdafiə sahəsinə daha çox sərmayə yatırmaq və müasir imkanlarını daha da inkişaf etdirmək əzmində olduğunu bildirərək, müdafiə sənayesinin əsas məqsədi olan müttəfiqlər arasında əməkdaşlıq və ticarətin qarşısında duran maneələrin tamamilə aradan qaldırılmasının əsas əhəmiyyət kəsb etdiyini vurğulayacaq.

Fidanın Rusiya-Ukrayna müharibəsinin “360 dərəcə təhlükəsizlik” anlayışı ilə sona çatması, eləcə də ittifaqı əhatə edən bölgələrdə və Yaxın Şərqdə sülh və sabitliyin hökm sürməsinin zəruriliyinə diqqət çəkməsi və terrorla mübarizədə əsl həmrəyliyin nümayiş etdirilməsinin lazım olduğunu bildirməsi gözlənilir.

Nazir Fidanın NATO iFMM çərçivəsində həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, təhlükəsizlik zəmanətləri və qarşılıqlı öhdəliklərə əsaslanan Şimali Atlantika Alyansının yaradılması məqsədi ilə başlayan proses nəticəsində 4 aprel 1949-cu ildə NATO-nu yaradan Şimali Atlantika (Vaşinqton) müqaviləsi imzalandı.

Türkiyə hazırda 32 üzvü olan NATO-ya 18 fevral 1952-ci ildə üzv olub.

Vaşinqton müqaviləsinə əsasən, NATO-nun əsas missiyası üzv ölkələrin azadlığını və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə qorumaqdır. NATO Şimali Amerika və Avropada təhlükəsizliyin bölünməzliyini simvollaşdırır.

NATO Alyansa üzv olduğu gündən Türkiyənin təhlükəsizliyinin təmin edilməsində mərkəzi rol oynayıb.

O, həmçinin Türkiyənin Avro-Atlantik strukturlarla inteqrasiya hədəfinə müxtəlif perspektivlərdən mühüm töhfələr verib.

Digər tərəfdən, Alyansa daxil olmasının 73-cü ildönümünü qeyd edən Türkiyə NATO missiya və əməliyyatlarına davamlı töhfələr verir.

Türkiyə NATO-nun komanda və güc strukturuna ən əhatəli töhfələr verən müttəfiqlərdən biridir. Alyansın komandanlıq strukturuna daxil olan NATO Quru Komandanlığı (LANDCOM) Türkiyədə yerləşir. Bundan əlavə, NATO Qüvvələr Strukturunda yer alan 9 Yüksək Hazırlıq Səviyyəli quru qüvvələri qərargahından biri olan NATO Çevik Yerləşdirilə bilən Korpus Qərargahı (NRDC-TUR, 3-cü Korpus Komandanlığı Qərargahı, İstanbul) Türkiyə tərəfindən təmin edilir.

Türkiyə müdafiə xərclərinin ÜDM-ə nisbətini yüzdə ikiyə çatdırmaq üçün Müdafiə İnvestisiya öhdəliyi çərçivəsində sözügedən hədəfə çatdı və hətta onu da keçdi.

Məqalədə: #Hakan Fidan #Türkiyə XİN #Ankara #NATO #NATO sammiti #NATO Zirvə görüşü #1952-ci il NATO üzvlüyü #Türkiyə-NATO-Aİ üçbucağı #NATO və Türkiyə əməkdaşlığı #Türkiyənin NATO-dakı rolu #NATO-da Türkiyənin rolu #Türkiyə NATO üzvü

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.