Dörd günlük iş qrafiki məhsuldarlığı artırır - Araşdırma
Son illərdə müxtəlif ölkələrdə keçirilən sınaqlar daha qısa iş həftəsinin stressi azaltdığını, əlavə iş xərclərini və işçi itkisini isə əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Məsələn, Kolorado polisində tətbiq edilən sistem nəticəsində əlavə iş xərcləri 80 faiz, işdən çıxma halları isə 50 faiz azalıb. Microsoft-un Yaponiyadakı filialı isə dörd günlük iş qrafiki ilə məhsuldarlığı 40 faiz yüksəldib. Stellenboş Universitetinin araşdırması da işçilərin psixoloji vəziyyətində ciddi yaxşılaşma olduğunu təsdiqləyib. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, dörd günlük iş qrafikinin tətbiqi hər sektorda mümkün deyil. Xüsusən kənd təsərrüfatı və istehsalat sahələrində çətinliklər qalır. Böyük təşkilatlarda isə koordinasiya və məhsuldarlıqla bağlı narahatlıqlar səbəbindən bu model geniş yayılmayıb.
Amazon süni intellekt səbəbilə kadr sayını azaldacaq
Amazon şirkətinin baş direktoru Endi Jassy, süni intellektin şirkət daxilində istifadəsinin genişlənməsi ilə gələcəkdə bəzi sahələrdə daha az işçiyə ehtiyac duyulacağını bildirib.