Tesla satışları Avropada sürətlə azalır
Avropa İttifaqı (AB) ölkələrində Tesla markalı avtomobillərin satışları avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA), Avropa ölkələrinin yanvar-avqust ayları üzrə yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumata görə, ABŞ-lı milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin avtomobil satışları AB ölkələrində azalmağa davam edir. Tesla satışlarındakı geriləmə artıq 8 aydır ki, davam edir. Ötən ilin avqust ayında AB-də 12 min 966 Tesla avtomobili satılmışdısa, bu ilin avqustunda bu rəqəm 8 min 220-yə düşüb. Bununla da Tesla satışları keçən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.
Tramp süni intellekt müzakirəsi üçün texnologiya rəhbərlərini Ağ Evə toplayıb
ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə texnologiya sektorunun aparıcı rəhbərlərini qəbul etdiyi zaman, axşam yeməyində Elon Maskın iştirak etməməsi diqqət çəkib. Tramp, ölkənin bir çox qabaqcıl texnologiya şirkətlərinin yüksək səviyyəli rəhbərlərini Ağ Evdəki axşam yeməyində qonaq edib. Tesla və SpaceX-in sahibi, həmçinin Trampa yaxınlığı ilə tanınan Elon Mask həmin yeməkdə iştirak etməyib. Tramp yemək zamanı etdiyi çıxışda xüsusilə süni intellekt sahəsindəki investisiyalardan təriflə bəhs edib və ABŞ-ın bu sahədə Çindən irəlidə olduğunu bildirib.
Türkiyədə avtomobil satışları artıb elektrikli modellər ön plana çıxıb
Renault Clio ilin ilk 7 ayında ən çox satılan avtomobil olaraq siyahının başında qalmağa davam edir. Togg T10X isə elektrikli bazardakı liderliyinə əlavə olaraq ümumi satışlarda da zirvəyə doğru irəliləyir. Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumatlarına əsasən, bu ilin yanvar-iyul dövründə avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6,68 faiz artaraq 572 min 198 ədədə çatıb. Yüngül ticari nəqliyyat vasitələrinin satışları isə 5,77 faiz artaraq 143 min 497 olub.
Tesla Türkiyədə satışlara yenidən başlayır
Tesla Türkiyə, Model Y avtomobilləri üçün yenilənmiş qiymətləri və satış tarixlərini açıqlayıb. Şirkətdən verilən rəsmi məlumata əsasən, 6 və 7 avqust tarixlərində saat 19:30-da yenilənmiş Model Y envanter siyahıları ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Tesla-nın onlayn sifariş sistemi də aktivləşdiriləcək.
Tesla ABŞ-da ilk sürücüsüz taksi xidmətini işə salıb
Tesla Ostində sürücüsüz “robotaksi” xidmətinə start verib.
Tesla robotaksi xidmətini bu ay sınaqdan keçirə bilər
Tesla “robotaksi” xidmətini iyunun 22-də istifadəyə verə bilər.