Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı
Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın Baş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsilə Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb. Bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb. "Arktikanın — NATO-nun şimal və qərb cinahlarının — təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o bildirib.
Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə M.Rutte "X" sosial şəbəkəsində yazıb.