ABŞ Danimarkanın daxili işlərinə müdaxilə iddialarına reaksiya verib
ABŞ rəsmiləri Qrenlandiya ilə bağlı yayılan məlumatlardan sonra Danimarkanın daxili işlərinə qarışmaq ittihamlarını rədd ediblər. Ağ Evin anonim rəsmisi CBS News-a açıqlamasında “Biz hesab edirik ki, danimarkalılar sakit olmalıdırlar” - deyə bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü isə amerikalı vətəndaşların Qrenlandiyadakı fəaliyyətlərinə dair şərh verməyəcəklərini, onların hərəkətlərinə nəzarət etmədiklərini qeyd edib. O, ABŞ-ın NATO-dakı müttəfiqi Danimarka ilə münasibətlərinə önəm verdiyini vurğulayaraq, Vaşinqtonun Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ilə “məhsuldar görüş” keçirdiyini də əlavə edib.
Danimarka parlamenti ABŞ-nin ölkədə hərbi baza qurmasına dair sazişi təsdiqləyib
Danimarka Parlamenti, keçirilən səsvermədə ABŞ-nin ölkədə hərbi baza qurmasına dair müdafiə sazişini təsdiqləyib.