13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Qrenlandiyanı ala bilməyəcək - Danimarkanın baş naziri

2 Aprel 2025 22:21
ABŞ Qrenlandiyanı ala bilməyəcək - Danimarkanın baş naziri

BAKI, AzerVoice

ABŞ Qrenlandiyanı ələ keçirə bilməyəcək.

AzerVoice xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın paytaxtı Nuuk şəhərində keçirdiyi mətbuat konfransında deyib.

"Qrenlandiya qrenlandiyalılara məxsusdur və ABŞ bu adanı ələ keçirməyəcək. Təbii ki, bu, qarşıdakı günlərdə birlikdə müzakirə edəcəyimiz bir məsələdir", – deyə Frederiksen bildirib.

Qeyd edək ki, Frederiksen 2–4 aprel tarixlərində Qrenlandiyada rəsmi səfərdədir. Bu, onun martın 11-də keçirilən seçkilərdən sonra adaya ilk səfəridir. Danimarkalı siyasətçi burada yeni seçilmiş baş nazir Yens-Frederik Nilsenlə danışıqlar aparacaq və adanın gələcək hökumət kabinetinin üzvləri ilə görüşəcək.

Xatırladak ki, bundan əvvəl Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ nümayəndə heyətinin səfərini “problemli” və “hörmətsiz” adlandırıb. Danimarka və Qrenlandiya rəhbərliyi adanın satılmayacağını bəyan edərək ABŞ-ın ilhaq planlarına qarşı çıxış ediblər.

Həmçinin xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, verdiyi müsahibədə Qrenlandiyanı alacağından 100 faiz əmin olduğunu bildirmişdi.

Müsahibə zamanı, Tramp, məqsədinə çatmaq üçün heçvaxt hərbi gücü istisna etməyəcəyini bildirib. Lakin o, bu məslənin sülh yolu ilə həllini "yaxşı bir ehtimal" kimi qiymətləndirib.

"Məsələ dünya sülhüdürsə, heç nəyi istisna etməyəcəm", - deyə Tramp bildirib.

Tramp, Qrenlandiyanın alınmasnın Rusiyaya və Dünyaya necə bir mesaj olacağı sualına "Bu barədə düşünmürəm, həqiqəntə əhəmiyyətli deyil" deyə cavablandırıb.

Məqalədə: #Donald Tramp #Danimarka #Qrenlandiya #Lars Lokke Rasmussen #rəsmi səfər #Mette Frederiksen #Danimarka hökuməti #ABŞ-ın Qrenlandiya planları

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.