Danimarkanın Baş naziri Ankarada Qrenlandiya ilə bağlı açıqlama verib
Danimarkanın Baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik mühitində artan risklər fonunda Avropanın müdafiə imkanlarının gücləndirilməsinə və NATO-nun daha da möhkəmləndirilməsinə çağırış edib. Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Frederiksen bildirib ki, NATO tarixdə yaradılmış ən güclü hərbi alyansdır və bu status qorunub saxlanmalıdır.
Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı
Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılmadığını və ölkəsinin suverenliyinə hörmət göstərilməsinin vacibliyini bəyan edib. O, bu açıqlamanı Ankarada keçirilən NATO Zirvə Toplantısında səsləndirib. Frederiksen bildirib ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir və onun statusu dəyişməyəcək. Baş nazirin bəyanatı Donald Trampın Qrenlandiyaya nəzarət etmək istəyini yenidən dilə gətirməsindən sonra verilib. Frederiksen müttəfiqlər arasında münasibətlərin qarşılıqlı hörmət prinsipi əsasında qurulmalı olduğunu vurğulayıb. O, Danimarkanın suverenliyi ilə bağlı mövqeyinin qəti olduğunu bildirib. Açıqlama NATO Zirvə Toplantısının diqqət çəkən siyasi mövzularından biri olub.
Kopenhagendə Fələstinə dəstək məqsədilə yürüş keçirilib
Kopenhagendə Fələstinə dəstək məqsədilə keçirilən nümayişdə 10 mindən çox insan iştirak edib. Etirazçılar Qəzzadakı müharibənin dayandırılmasını və Danimarkanın Fələstin dövlətini tanımasını tələb ediblər.
Danimarka və Ukrayna birgə PUA istehsalına başlayır
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Ukrayna ilə birgə uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) və raketlər istehsal edəcək ilk ölkə olacağını açıqlayıb.
Merts və Frederiksen: Avropa Müdafiəsi Təcili Gücləndirilməlidir
Almaniya kansleri Fridrix Merts çərşənbə günü Berlin şəhərindəki Federal Kanslerlik binasında Danimarkanın baş naziri Mette Frederiksen ilə görüş keçirib.