7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyik - Danimarkanın Baş naziri

5 İyun 2025 18:39
ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyik - Danimarkanın Baş naziri

Foto: Vikipediya

BAKI, AzerVoice

Danimarka ABŞ-nin Qrenlandiyanı nəzarət altına almaq üçün göstərdiyi təzyiqlərə boyun əyməyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen bildirib.

Frederiksen, yarı-müstəqil statusa malik Qrenlandiya sakinlərinin öz müqəddəratını təyinetmə hüququnun təhlükə altında olduğunu da vurğulayıb.

"Nəsillər boyu qurduğumuz beynəlxalq qaydalar sistemi misli görünməmiş çağırışlarla üz-üzədir" - deyə, M.Frederiksen qeyd edib.

"Son aylarda Qrenlandiya və Danimarka ən yaxın müttəfiqlərimiz (ABŞ nəzərdə tutulur - red.) tərəfindən qəbuledilməz təzyiqlərə məruz qalıb. Amma biz təslim olmuruq. Biz danimarkalılar bu cür insanlar deyilik", - o əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-nin milli və beynəlxalq təhlükəsizlik baxımından strateji əhəmiyyətə və zəngin mineral ehtiyatlarına sahib olan Arktika adası Qrenlandiyanı nəzarət altına almaq istədiyini bildirmişdi. O, bunu etmək üçün güc tətbiqini istisna etməmişdi.

Mart ayında Qrenlandiyaya etdiyi səfərdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Danimarkanı Qrenlandiyanın təhlükəsizliyini qorumaqda uğursuzluqda ittiham etmiş və ABŞ-ın bu işi daha yaxşı görəcəyini demişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #Danimarka #Qrenlandiya #Mette Frederiksen

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.