6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Danimarka pensiya yaşını 70-ə qaldırır

25 May 2025 15:00
Danimarka pensiya yaşını 70-ə  qaldırır

BAKI, AzerVoice

Danimarka pensiya yaşını 70-ə qaldıracaq.

AzerVoice xəbər verir ki, Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə yüksəldən qanunu qəbul edib.

Yeni qərar qüvvəyə mindikdən sonra Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkəyə çevriləcək.

Qeyd edək ki, ölkədə 2006-cı ildən etibarən pensiya yaşı gözlənilən ömür uzunluğuna əsasən müəyyən edilir və hər beş ildən bir yenidən nəzərdən keçirilir. Hazırda pensiya yaşı 67-dir. 2030-cu ildə bu rəqəm 68-ə, 2035-ci ildə isə 69-a qalxacaq. Yeni qanunla 1971-ci il yanvarın 1-dən sonra doğulanlar üçün pensiya yaşı 70 olacaq.

Qanun layihəsi cümə axşamı parlamentdə 81 "hə", 21 "xeyr" səsi ilə qəbul olunub.

Baş nazir Mette Frederiksen əvvəlki çıxışlarında pensiya yaşının avtomatik artırılmasının ədalətli olmadığını bildirmiş və bu prinsipə yenidən baxılmasının vacibliyini vurğulamışdı.

Danimarka ictimaiyyətində və həmkarlar ittifaqları arasında qərara qarşı ciddi narazılıq var. Paytaxt Kopenhagendə etiraz aksiyaları keçirilib. Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Jesper Ettrup Rasmussen bu addımı “layiqli qocalığa zərbə” kimi qiymətləndirib.

Qeyd edək ki, Avropada pensiya yaşları ölkələrə görə dəyişir. İsveçdə pensiyaya çıxmaq üçün minimum yaş 63-dür, İtaliyada bu yaş 67-dir. Fransada isə 2023-cü ildən etibarən pensiya yaşı 62-dən 64-ə yüksəldilib.

Məqalədə: #Danimarka #Mette Frederiksen #Danimarka pensiya yaşı #pensiya qanunu #Avropa ölkələrində pensiya yaşı #sosial təminat və yaşlanma siyasəti

Mövzu üzrə digər xəbərlər

Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib
Digər Dövlətlər

Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

27 Avqust 18:23
Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib
Digər Xəbərlər

Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib

24 İyul 18:09
Danimarkanın Baş naziri Ankarada Qrenlandiya ilə bağlı açıqlama verib
Digər Dövlətlər

Danimarkanın Baş naziri Ankarada Qrenlandiya ilə bağlı açıqlama verib

8 İyul 13:21
Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı
Digər Dövlətlər

Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı

7 İyul 20:48

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.