Donald Tramp Kasım-Jomart Tokayevə hədiyyələr göndərib
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bir neçə simvolik hədiyyə göndərib. Həmin hədiyyələr arasında Ağ Evin rəmzi açarı və ABŞ Prezidentinin şəxsi avtoqrafı olan beysbol papağı yer alır. Məlumata görə, etimadnamələrin təqdim olunması mərasimindən sonra keçirilən qısa söhbət zamanı Qazaxıstanın ABŞ-dakı yeni səfiri Məğjan İlyasov Prezident Donald Trampla görüşüb. Söhbət zamanı ABŞ lideri cari ilin noyabrında Oval kabinetdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşüb.
Tramp, Nyu-Yorkun yeni seçilən bələdiyyə başçısı Zahran Mamdani ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp, Nyu-York bələdiyyə başçısı seçkilərini qazanan Demokrat namizəd Zahran Mamdani ilə sabah görüş keçirəcəyini açıqlayıb. Tramp sosial media hesabında paylaşdığı bəyanatda Mamdaninin görüş istədiyini bildirib. “Nyu-Yorkun kommunist bələdiyyə başçısı Zahran Mamdani görüş tələb etdi. 21 noyabr Cümə günü Oval Ofisdə görüşməyə razılaşdıq. Ətraflı məlumat tezliklə.” - deyə Tramp paylaşımda qeyd edib. Prezident daha öncə Fox News-ə müsahibəsində Mamdani haqqında danışaraq, onun Vaşinqtona hörmətlə yanaşmalı olduğunu qeyd etmişdi.
ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdirməyi planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası Müdafiə Nazirliyinin (Pentaqon) adını dəyişərək onu “Müharibə Nazirliyi” adlandırmağı planlaşdırır. Hökumətin ən böyük qurumuna yenidən “Müharibə Nazirliyi” adının verilməsi üçün Konqresin qərarı lazım ola bilər. Bununla belə, Ağ Ev bu dəyişikliyi həyata keçirmək üçün alternativ yolları da araşdırır. Florida ştatından respublikaçı konqresmen Qreq Stiub illik müdafiə siyasəti qanun layihəsinə düzəliş təqdim edib. Bu dəyişiklik Pentaqonun adının dəyişdirilməsini nəzərdə tutur ki, bu da Konqresdə müəyyən respublikaçı dəstəyinin mövcudluğunu göstərir. Ağ Ev əlavə təfərrüat açıqlamayıb, amma Trampın ötən həftə ABŞ ordusunun hücum qabiliyyətlərinə diqqət çəkən bəyanatına istinad edib. Ağ Evin sözçüsü Anna Kelli bildirib: “Prezident Trampın da qeyd etdiyi kimi, ordumuz yalnız müdafiəyə deyil, hücuma da fokuslanmalıdır. Buna görə də o, Pentaqonda müxtəliflik, bərabərlik və inklüzivlikdən daha çox döyüşçülərə önəm verdi.”
Tramp deyir ki, amerikalıların çoxu diktatura tərəfdarıdırlar
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi 80 dəqiqəlik mətbuat konfransında qalmaqallı bəyanatlarla çıxış edib. O, öz siyasətlərinin avtoritar meyillər daşıdığı barədə ittihamlara cavab verib. “Çoxları deyir ki, bəlkə də biz diktator istəyirik. Mən diktatorları sevmirəm, mən diktator deyiləm. Mən sağlam düşüncəyə sahib, ağıllı bir insanam.”-deyə o qeyd edib.
Oval Ofisdəki görüşdə güc mesajı: Trampın fotoları gündəm oldu
ABŞ prezidenti Donald Trampın Oval Ofisdə Avropa liderləri ilə görüş zamanı çəkilən fotolar sosial mediada geniş müzakirələrə səbəb olub.
Tramp siyasətə sahibkar kimi yanaşır - Merkel
Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampı tənqid edərək onun siyasətə “sahibkar gözü ilə” yanaşdığını və daim diqqət mərkəzində olmağa çalışdığını bildirib.