Venesueladan ABŞ-a xəbərdarlıq: "Torpaqlarımızdan uzaq durun"
Venesuela prezidenti müavini və neft naziri Delsi Rodriges ABŞ-ı ölkəsinin sahillərindən və ərazisindən uzaq durmağa çağırıb. “Öz problemlərinizi həll edin və sahillərimizdən, torpaqlarımızdan uzaq durun. Əgər ABŞ ölkəmizə hücum etməyə cəhd edərsə, Venesuela onların ən böyük kabusuna çevriləcək” – deyə Rodriges Vaşinqton rəhbərliyinə səslənib. O, ABŞ-ın Venesuelanın zəngin enerji ehtiyatlarına əl qoymaq niyyətində olduğunu iddia edərək əlavə edib: “Onlar anlamalıdırlar ki, ABŞ təbiəti istismar edən imperialist və ekspansionist bir dövlətdir. Digər ölkələrə öz müstəmləkəsi kimi baxır. Halbuki bu gün özü sosial, iqtisadi və siyasi böhran içindədir.”
Salvadorda saxlanılan venesuelalılar ölkələrinə qaytarılıb
El Salvadorda saxlanılan venesuelalı məhbuslar vətənlərinə deportasiya edilib.
Venesuela: Coğrafiya, İqtisadiyyat və Gözlənilməz Təhlükələr
Venesuela, zəngin neft ehtiyatları və müxtəlif coğrafi bölgələri ilə tanınan Cənubi Amerika ölkəsidir.