Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
“AzərEnerji” ASC və Çinin “Universal Energy” şirkəti arasında əməkdaşlıq müzakirə olunub.Bu barədə “AzərEnerji” ASC məlumat yayıb.Bildirilib ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Çinin “Universal Energy” şirkətinin baş icraçı direktoru Yi Nan arasında görüş keçirilib.
Azərbaycan “yaşıl enerji” ixracında əsas körpüyə çevrilir
Azərbaycanın iştirakı ilə formalaşan yeni enerji marşrutu Avropaya “yaşıl enerji” ixracını sürətləndirir. Layihənin əsasını təşkil edən “Yaşıl dəhliz” təşəbbüsü ilk olaraq 2024-cü ilin may ayında imzalanmış memorandumla başlayıb, daha sonra isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində dövlət başçıları səviyyəsində strateji tərəfdaşlıq sazişi ilə möhkəmləndirilib. Bu sənəd enerji istehsalı ilə yanaşı, onun ötürülməsi istiqamətində də yeni mərhələnin əsasını qoyub.
“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram tədbirində iştirak ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib
Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib. Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur
Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb. Belə ki, “AzərEnerji” tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.