13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

6 Fevral 2026 11:42
“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

AzerVoice xəbər verir ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl enerji məkanı” məqsədinin sosial-iqtisadi inkişaf Strategiyasında mühüm yer tutduğunu və ölkəmizin gələcək inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanın dayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminə keçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfə verəcəkdir. Samir Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirin icra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə Strategiyanın həyata keçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunu vurğulayıb.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onların icrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy və təkliflər dinlənilib, müvafiq qeydlər aparılıb.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib “Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib “Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib
Məqalədə: #Azərbaycan #Ekologiya və Təbii Sərvətlər Nazirliyi #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #İqtisadiyyat Nazirliyi #SOCAR #Dövlət Gömrük Komitəsi #Fövqəladə Hallar Nazirliyi #Dövlət Statistika Komitəsi #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi #Energetika Nazirliyi #Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi #Yaşıl Enerji #Samir Vəliyev #Kənd Təsərrüfatı Nazirliyi #Maliyyə Nazirliyi #İİTKM #Azərenerji #Azərbaycan Milli Elmlər Akademiyası #Azərbaycan Mərkəzi Bankı (AMB) #Azərişıq ASC #İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) #Ramil Hüseyn #Azərbaycan İnvestisiya Holdinqi #Azəristiliktəchizat

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır

12 Sentyabr 10:18
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

12 Sentyabr 00:15
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.