Xəzər dənizində 93 min kvadrat kilometr yeni quru ərazi üzə çıxa bilər
Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidroloji dəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dəniz səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir. AzerVoice xəbər verir ki, bunu Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
Qars–Iğdır–Dilucu dəmir yolu Zəngəzur dəhlizinə strateji töhfə verəcək - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə göndərdiyi müraciətdə layihəni “ölkə və region üçün körpü rolunu oynayacaq mühüm inkişaf hərəkatı” adlandırıb.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:16-da qeydə alınıb.
Gürcüstanla ticarət hədəfimiz 5 milyard dollardır - Uraloğlu
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə ilə Gürcüstan arasında illik ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması üçün qətiyyətlə çalışırlar.