4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir - Rəcəb Tayyib Ərdoğan

27 Mart 2025 09:13
Türkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir - Rəcəb Tayyib Ərdoğan

Bakı, AzerVoice

"Türkiyə strateji tərəfdaşları ilə birlikdə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət əlaqələrinə və inkişafına töhfə verəcək nəqliyyat-loqistika dəhlizlərini işə salmağı planlaşdırır. İraqın Bəsrə şəhəri üzərindən keçən dəhliz və Xəzər dənizi ilə Zəngəzur marşrutları da buna aiddir".

AzerVoice xəbər verir ki, bu barədə Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin 2030-cu ilədək Sənaye və Texnologiya Strategiyasının təqdimatında məlumat verib.

Onun sözlərinə görə, Türkiyə türk dövlətləri, Yaxın Şərq və Afrika ölkələri ilə toplanmış sənaye təcrübəsini bölüşməyə hazırdır. Bu da həmin ölkələrin iqtisadi və elmi-tədqiqat potensialının güclənməsinə töhfə verəcək.

Ərdoğan vurğulayıb ki, Ankara qlobal proqnozları nəzərə alaraq milli inkişaf modelləri formalaşdırır.

Dövlət başçısı Türkiyədə maksimal rəqabət qabiliyyətinə malik məhsul istehsalına imkan verən sənaye ekosisteminin formalaşacağına ümid etdiyini bildirib.

"Hədəfimiz Türkiyənin texnoloji müstəqilliyinə nail olmaqdır. Biz yeni texnologiyaların inkişafına, həmçinin yüksək texnologiyalı məhsulların istehsalı və ixracının genişləndirilməsinə çalışırıq", – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O qeyd edib ki, son 23 il ərzində Türkiyə beynəlxalq arenada güc balansına təsir göstərən faktora çevrilən ciddi nailiyyətlər əldə edib.

Türkiyə lideri KAAN beşinci nəsil yerli hərbi təyyarə layihəsini, TOGG elektrik avtomobilini, eləcə də komponentlərinin 80 faizdən çoxunun Türkiyədə hazırlandığı TÜRKSAT 6A telekommunikasiya peykini innovativ nailiyyətlər arasında göstərib.

"Bu gün Türkiyə peyk hazırlamaq qabiliyyətinə malik 11 ölkədən biridir", – deyə o bildirib və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını qürur mənbəyi adlandırıb.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Avropa #Türkiyə Sənaye və Texnologiya Nazirliyi #KAAN #Ankara #İraq #TOGG #Xəzər dənizi #Mərkəzi Asiya #Afrika #TÜRKSAT #Yaxın Şərq #Zəngəzur

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19

Son Xəbərlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.