Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan və ABŞ Strateji İşçi Qrupunun nümayəndələri əməkdaşlıq perspektivlərini müzakirə edib.
Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
Elnur Məmmədov Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortanın Azərbaycana səfəri martın 13-də başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Timor-Leste Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ikinci iclası keçirildi
21 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda ikinci iclası keçirilib. İclas zamanı, ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib
Strateji İşçi Qrupa Azərbaycan tərəfdən Elnur Məmmədov, ABŞ tərəfdən Sonata Koulter rəhbərlik edib.
Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Elnur Məmmədov Tailand Krallığında səfərdə olub.
Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində “Dubrovnik Forumu – dəyişikliyə yön vermək” adlı beynəlxalq tədbirdə iştirak edib
11-12 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində “Dubrovnik Forumu – dəyişikliyə yön vermək” adlı beynəlxalq tədbirdə iştirak edib.