Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.
Energetika naziri Masallıda vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik təsərrüfatının yenilənməsi, qaz xətlərinin istismar vəziyyəti, qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.
Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə İran Prezidentinin qızı Zəhra Pezeşkian Mənim dənizlərim, mənim okeanlarım sərgisini ziyarət ediblər
Leyla Əliyevanın İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.
Energetika naziri Zərdabda vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov Zərdab rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarının uzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütün sahələrdə dinamik şəkildə inkişaf edir. Bunu Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Respublikasının Mədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanı bildirib.
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə özbək sənətçilər və yaradıcı kollektivlər iştirak edir, zəngin konsert proqramı təqdim olunur. Açılış mərasimi Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun inkişafına və dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Həm mədəniyyət xadimləri, həm də paytaxtın qonaqları və sakinləri tədbirdə iştirak edərək unikal mədəni təcrübə yaşayırlar.
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək
Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib. Bildirib ki, bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeair, mənəviyyat və incəsənət festivalının təntənəli açılışı olub
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.