Xroniki yuxusuzluq beyni 3,5 il daha sürətli qocaldır
Neurology dərgisində dərc olunan yeni araşdırmaya görə, üç aydan çox müddətdə hər həftə ən azı üç dəfə yuxuya getməkdə çətinlik çəkən şəxslərdə demensiya və ya yüngül idrak pozğunluqlarının inkişaf riski normal yuxu rejiminə malik insanlara nisbətən 40 faiz daha yüksəkdir.
Litium və Alzheimer arasında mühüm əlaqə aşkarlanıb
Tədqiqatçılar litiumun orqanizmdə təbii olaraq çox az miqdarda olduğunu və C vitamini və ya dəmir kimi hüceyrə funksiyalarında mühüm rol oynadığını sübut ediblər. Normal siçanların pəhrizindən litium çıxarıldıqda onların beyinlərində Alzheimerə bənzər iltihab, neyron zədələnməsi və yaddaş itkisi müşahidə olunub. Genetik olaraq Alzheimerə meylli siçanlarda isə bu proses daha da sürətlənib.
Qocalmanın qarşısını almaq mümkündürmü?
London Universitet Kollecinin rəhbərliyi ilə aparılan beynəlxalq araşdırma rapamisin adlı dərmanın laboratoriya heyvanlarında ömrü əhəmiyyətli dərəcədə uzatdığını ortaya qoyub.