Tokayev Fələstin prezidenti Abbası Qazaxıstana rəsmi səfərə dəvət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fələstin Prezidenti Mahmud Abbası rəsmi səfər çərçivəsində ölkəsinə dəvət edib. Qazaxıstan Prezident Aparatının açıqlamasına görə, Tokayev paytaxt Astanada danışıqlar aparan Fələstin Prezidentinin müşaviri və Ali Məhkəmənin hakimi Mahmud Habaşı qəbul edib. Akorda Prezident Sarayında keçirilən görüşdə Tokayev Qazaxıstan və Fələstin arasında münasibətlərin dostluq, qarşılıqlı dəstək və hörmət ruhunda inkişaf etdiyini bildirib.
Suriya XİN İsrailin ölkəyə hücumlarını pisləyib
Suriya, İsrailin ölkənin Dəməşq və Suveyda vilayətlərinə həyata keçirdiyi hücumları pisləyib.
Leman jurnalı yumor pərdəsi altında açıq təxribat edib - Ərdoğan
Türkiyə Prezidenti və AK Parti sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Genişləndirilmiş İl Başçıları Toplantısında verdiyi açıqlamada, gündəmdə yayılan karikaturanın yumor maskası altında həyata keçirilən açıq və rəzil bir təxribat olduğunu bildirib.