Ukrayna münaqişəsi tərəflərdən biri tükənəndə başa çatacaq - Merts
Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.
ABŞ Ukraynada sülhün əldə olunması üçün mümkün olan hər şeyi edəcək - Rubio
ABŞ Ukraynada sülhün əldə olunması üçün mümkün olan hər şeyi edəcək, lakin bu barədə qərarı Moskva və Kiyev verməlidir. Bu fikirləri ABŞ dövlət katibi Marko Rubio, Paraqvayın xarici işlər naziri Ruben Ramirez Leskano ilə görüşü zamanı səsləndirib.
Ukrayna və Rusiya əsir mübadiləsi ilə bağlı razılığa gəliblər
Ukrayna Rusiya ilə 1 200 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
Rusiya-Ukrayna müharibəsi başlayandan sülhün tərəfdarı olmuşuq - Ərdoğan
Rusiya-Ukrayna müharibəsində ilk gündən etibarən sülhü müdafiə edən bir siyasət yürütmüşük.Taxıl dəhlizi razılaşması və İstanbul, Antalya kimi şəhərlərimizdə keçirilən görüşlər sülhə olan inamımızın göstəricisidir. 2 iyun tarixində keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci turundan sonra təxminən 7 060 Ukrayna əsgərinin cəsədi təhvil verilmişdir.
Putin və Zelenski tezliklə görüşə bilərlər - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski təxminən iki-üç ay ərzində görüş keçirə bilərlər.
Rusiya-Ukrayna danışıqlarının üçüncü mərhələsi başa çatıb (YENİLƏNİB)
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.
Rusiya İstanbulda əldə olunan razılaşmaları yerinə yetirir - Vladimir Medinski
Rusiya, İstanbulda Ukrayna ilə əldə olunmuş razılaşmalar çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus həlak olmuş hərbçilərin cəsədlərinin təhvil verilməsi prosesini tam şəkildə icra edir.
Ukraynaya 3 min hərbiçinin cəsədini təhvil verməyə hazırıq - Medinski
Rusiya, Kiyev razı olacağı təqdirdə, 3 minə yaxın həlak olmuş ukraynalı hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verməyə hazırdır.
6 mindən çox əsgərin cəsədini Ukraynaya çatdırdıq - Rusiya
İstanbulda birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski İstanbulda əldə olunan razılaşmalar çərçivəsində ümumilikdə 6 min 60 əsgərin cənazəsini Ukraynaya təhvil verdiklərini açıqlayıb.