ABŞ Konqres üzvləri Tramp administrasiyasından Fələstini tanımasını tələb edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının 13 Demokrat üzvü Prezident Donald Tramp administrasiyasına ünvanladıqları məktubda Fələstin Dövlətini tanımağa çağırıb. Bu çağırışla ABŞ administrasiyasını beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun mövqe tutmağa dəvət ediblər. Məktubda “bu faciəvi dövr fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə bağlı çoxdankı ehtiyacı dünyanın diqqətinə çatdırıb”- deyə qeyd olunub.
İşğal olunmuş Fələstin torpaqları ilə ticarət dayandırılacaq - İrlandiya
İrlandiya İsrailin işğal etdiyi Fələstin əraziləri ilə ticarəti qadağan etməyə hazırlaşır.