7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ Konqres üzvləri Tramp administrasiyasından Fələstini tanımasını tələb edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının 13 Demokrat üzvü Prezident Donald Tramp administrasiyasına ünvanladıqları məktubda Fələstin Dövlətini tanımağa çağırıb. Bu çağırışla ABŞ administrasiyasını beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun mövqe tutmağa dəvət ediblər. Məktubda “bu faciəvi dövr fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə bağlı çoxdankı ehtiyacı dünyanın diqqətinə çatdırıb”- deyə qeyd olunub.

4 Avqust 2025 16:31
Baku
ABŞ Konqres üzvləri Tramp administrasiyasından Fələstini tanımasını tələb edib

BAKI, AzerVoice, Zeynəb Raminqızı

Demokrat konqresmenlər ABŞ administrasiyasından Fələstini tanımağı tələb edib.

AzerVoice xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 13 Demokrat üzvü Prezident Donald Tramp administrasiyasına ünvanladıqları məktubda Fələstin Dövlətini tanımağa çağırıb.

Bu çağırışla ABŞ administrasiyasını beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun mövqe tutmağa dəvət ediblər.

Məktubda “bu faciəvi dövr fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə bağlı çoxdankı ehtiyacı dünyanın diqqətinə çatdırıb”- deyə qeyd olunub.

Ro Khanna rəhbərliyində göndərilən müraciəti imzalayan Demokratlar arasında Çelli Pinqri, Nydia Velazkes, Cim MakQovern, Veronika Eskobar, Al Qrin, Bonni Uotson-Karson və digər konqresmenlər də yer alıb.

Eyni zamanda, nümayəndə Al Qrin Fələstin Dövlətinin tanınması ilə bağlı rəsmi qətnamə təqdim etməyə hazırlaşdığını açıqlayıb. Digər konqres üzvləri isə yaxın həftələrdə Qəzzada dərinləşən humanitar böhranla bağlı təşəbbüslərlə çıxış etməyi planlaşdırırlar.

Qeyd edək ki, hazırda BMT-yə üzv olan 193 ölkədən 147-si Fələstini tanıyır. Bu ölkələrə tezliklə Fransa, Böyük Britaniya, Malta və Kanada da qoşulacaq. Fransa prezidenti Emmanuel Makron, ölkəsinin sentyabr ayında Fələstin Dövlətini rəsmən tanıyacağını bəyan edib. Eyni açıqlamalar Kanada baş naziri və Malta hökuməti tərəfindən də verilib.

Ekspertlərin fikrincə, Avropa ölkələrinin bu istiqamətdə atdığı addımlar, İsrail-Fələstin siyasətində yeni mərhələnin başlaya biləcəyini göstərir.

Məqalədə: #Fələstin #ABŞ #Donald Tramp #Fələstin dövlətinin tanınması #Malta Fələstini tanıyır #Fələstini tanıyan ölkələr siyahısı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.