Azərbaycan Fələstin üzrə BMT qətnaməsini dəstəklədi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin probleminin iki dövlətli həllinə dair mühüm qətnamə qəbul edib. Qətnamə, İsrail və Fələstin arasında davam edən münaqişəyə son qoymaq və bölgədə sabitliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan bu tarixi sənədə lehinə səs verən 142 ölkə arasında yer alaraq, beynəlxalq hüququn və ədalətli həll yolunun tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qətnaməni dəstəkləyib.
Fələstin BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
Fələstin bir sıra ölkələrlə birgə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasının çağırılmasını tələb edib. Bu haqda Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur məlumat verib.
Səudiyyə Kanada və Maltanın Fələstini tanıyacağına dair bəyanatını alqışlayıb
Səudiyyə Ərəbistanı Kanada və Maltanın Fələstin dövlətini rəsmi şəkildə tanıyacağına dair açıqlamalarını alqışlayıb və bu addımı iki dövlətli həllin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab edib.
Malta Fələstini rəsmi şəkildə tanıyacağını açıqlayıb
Malta sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmi olaraq Fələstin Dövlətini tanıyacağını bəyan edib.
Qəzzada tibbi ehtiyatlar tükənir - UNRWA
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökmə təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.