7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada tibbi ehtiyatlar tükənir - UNRWA

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökmə təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.

18 İyun 2025 15:05
Qəzzada tibbi ehtiyatlar tükənir - UNRWA

BAKI, AzerVoice

Qəzzada səhiyyə sistemi iflic olmaq üzrədir.

AzerVoice xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökmə təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.

Agentlik həyati əhəmiyyətli dərmanların və qan preparatlarının tükəndiyini, tibbi ləvazimatların isə 45 faizinin artıq qalmadığını bildirib.

UNRWA-nın X sosial media platformasında yaydığı açıqlamaya görə, mövcud tibbi ehtiyatların cəmi 6 həftəlik müddətə kifayət etməsi proqnozlaşdırılır. “Qəzzada səhiyyə ehtiyacları getdikcə artır və bu vəziyyət gündəlik həyatı daha da kritik hala gətirir”, – deyə bildirilir.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri İsrailin intensiv hərbi əməliyyatları nəticəsində bölgədə bir çox xəstəxana və səhiyyə müəssisəsi fəaliyyətini dayandırıb. Qəzza Səhiyyə Nazirliyinə əsasən, hazırda yalnız 5 dövlət və 11 özəl xəstəxana qismən işləyir, 8 sahə xəstəxanası isə təcili tibbi xidmət göstərməyə çalışır.

Son məlumatlara görə, Qəzzada hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət olmaqla 185 minə yaxın fələstinli ölüb və ya yaralanıb, 11 mindən çox insan isə hələ də itkin düşmüş hesab olunur.

Məqalədə: #Qəzza zolağı #BMT #UNRWA #böhran #humanitar yardım #Beynəlxalq humanitar yardım #Fələstin humanitar yardımı #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #BMT Fələstin statusu

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb

6 Sentyabr 10:53
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.