"Apple" Çində süni intellekt rəqabətini "Qwen" ilə gücləndirir
"Apple" Çində "Mac" istifadəçilərinə "Alibaba"nın "Qwen" süni intellekt xidmətindən istifadə imkanı yaradıb. Xidmət "Siri" və mətn hazırlama vasitələri ilə əlaqələndirilə biləcək. "Qwen" sənədləri və fotoşəkilləri təhlil etməklə yanaşı, mətn və təsvir də yarada bilir. Yeni imkan "macOS 26.6" və daha yeni əməliyyat sistemi ilə işləyən uyğun "Mac" kompüterləri üçün nəzərdə tutulub. "Apple"ın məlumatına görə, "Alibaba" istifadəçi materiallarından öz süni intellekt modellərinin təlimində istifadə edə bilməyəcək. Çində "Mac" tədarükü 2026-cı ilin birinci rübündə illik müqayisədə 9 faiz azalıb. "Apple" fərdi kompüter bazarında "Lenovo" və "Huawei" kimi yerli istehsalçıların güclü rəqabəti ilə üzləşir. "Qwen"in inteqrasiyası şirkətin Çinin süni intellekt bazarındakı mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.
Apple bir açıqlaması ilə 75 milyard dollar dəyər itirib
Apple şirkətinin proqram təminatı rəhbəri Craig Federighi-nin WWDC 2025 konfransında səsləndirdiyi bir cümlə texnologiya nəhənginin dəyərində kəskin enişə səbəb olub.