10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Apple bir açıqlaması ilə 75 milyard dollar dəyər itirib

Apple şirkətinin proqram təminatı rəhbəri Craig Federighi-nin WWDC 2025 konfransında səsləndirdiyi bir cümlə texnologiya nəhənginin dəyərində kəskin enişə səbəb olub.

11 İyun 2025 11:13
Apple bir açıqlaması ilə 75 milyard dollar dəyər itirib

BAKI, AzerVoice

Apple bir açıqlaması ilə 75 milyard dollar dəyər itirib.

AzerVoice xəbər verir ki, Apple şirkətinin proqram təminatı rəhbəri Craig Federighi-nin WWDC 2025 konfransında səsləndirdiyi bir cümlə texnologiya nəhənginin dəyərində kəskin enişə səbəb olub.

Tədbirin əsas təqdimatı zamanı Federighi Apple-ın süni intellekt strategiyasından bəhs edərək Siri-nin təkmilləşdirilmiş versiyasının yalnız gələn il istifadəyə veriləcəyini bildirib.
“Biz Siri-ni daha şəxsi edəcək funksiyalar üzərində işləməyə davam edirik. Bununla belə, bu xüsusiyyətlərin Apple-ın yüksək keyfiyyət standartlarına çatması üçün vaxt lazım idi. Ona görə də gələn il daha çoxunu paylaşacağıq.”- deyə O, çıxışında deyib.

Bu açıqlama investorlar tərəfindən əsas AI yeniləməsinin gecikməsi kimi şərh edilib və nəticədə Apple səhmləri cəmi bir neçə dəqiqə ərzində 2,5 faiz dəyər itirib. Bu, şirkətin bazar dəyərində təxminən 75 milyard dolların silinməsi ilə nəticələnib.

“Times of India”nın məlumatına görə, FinTech şirkəti Wedbush Securities-in analitiki Den Ayves investor qeydlərində bildirib ki, “WWDC yalnız bir vizyon təqdim etdi, lakin süni intellekt sahəsində ciddi irəliləyiş nümayiş olunmadı. Apple bu sahədə uğur qazana bilər, lakin strategiyanı daha aydın şəkildə ortaya qoymaq üçün hələ vaxt lazımdır.”

Qeyd edək ki, Apple-ın fərdiləşdirilmiş Siri funksiyalarını gecikdirdiyi barədə xəbərlər ilk dəfə bu ilin mart ayında yayılmışdı. 2024-cü ildə keçirilən tədbirdə Siri-nin yeni versiyasının 2025-ci ilin yazında təqdim olunacağı açıqlanmışdı.

Məqalədə: #Süni intellekt #Aİ #Apple #texnologiya #Apple-ın gəliri və sərmayə planı #Siri #Apple səhmləri #texnologiya nəhəngləri #bazar dəyəri

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.