Türkiyədə genişmiqyaslı narkotik əməliyyatı: 1 tondan çox maddə ələ keçirilib
Türkiyənin 24 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində külli miqdarda narkotik maddə aşkar olunub. Türkiyə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabı vasitəsilə son 10 gündə həyata keçirilən bu tədbirlərin uğurla yekunlaşdığını bildirib. Narkotik cinayətkarlığına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı ümumilikdə 1 ton 124 kiloqram narkotik maddə və 1 milyon 826 min ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Əməliyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 144 nəfər saxlanılıb.
Səssiz Faciə: Misirdə Narkoman Uşaqların Artan Sayı Təhlükə Siqnalı Verir
Misirdə azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın yayılması ölkənin üzləşdiyi ən ciddi və eyni zamanda səssiz sosial problemlərdən birinə çevrilib