İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqın paytaxtı Bağdadda yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb
OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb. Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə paketi çərçivəsində qəbul olunub.
Bu gün OPEK neft embarqosu tətbiq etdi
OPEK-in qərarına görə, İsrail 1967-ci il İsrail-Ərəb müharibəsi zamanı işğal etdiyi ərazilərdən çıxana qədər neft ixracı hər ay 5 faiz azaldılacaqdı.
"OPEK plyus"a daxil olan səkkiz ölkə neft hasilatının azaldılması barədə qərar qəbul edib
OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb. İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.